“Öz məhəlləsinə verir, biz isə qalırıq belə” | Su üzünə həsrət qalan Bakıxanov sakinləri - Baku TV
Bakıxanov qəsəbəsinin Abdulla Abdullayev küçəsi, 99 ünvanında yaşayan sakinlər uzun müddətdir su problemi ilə üz-üzə qaldıqlarını bildirirlər.
Onların sözlərinə görə, ərazidə su təchizatı təxminən 10 aydır normal şəkildə həyata keçirilmir. Son bir ay ərzində isə mənzillərə ümumiyyətlə su gəlmir.
Sakinlər iddia edirlər ki, bəzi şəxslərin su xəttinə qeyri-qanuni qoşulması nəticəsində təzyiq aşağı düşüb. Buna görə də su xəttin aşağı hissəsində yerləşən evlərə çatmır.
“Yay fəslində vəziyyət daha da ağırlaşır. Evdə azyaşlı uşaq, xəstə və yaşlı insanlar var. Sayğacımıza pul yükləyirik, amma su gəlmir. Məcbur qalıb pulla su alırıq”, – deyə sakinlərdən biri qeyd edib.
Mövcud problem və iddialarla bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, məsələ ilə bağlı Sabunçu Sukanal İdarəsi məlumatlıdır. Bu gün əraziyə baxış keçirilərək araşdırma aparılıb və aidiyyəti üzrə işlər görüləcək.
Тег #Bakıxanov qəsəbəsi используется
- Sabunçu rayonunda bədbəxt hadisə | Əməkdaşımızdan son məlumatlar - Baku TV
- Qızmar yay günlərində susuz qalan sakinlər | 10 aylıq problem niyə həll edilmir? - Baku TV
- Paytaxtda daha bir yol çökdü | Tıxacda qalan sürücülər çətin anlar yaşadı - Baku TV
- "Burada olan mənəm, kəsilmiş olsa..." | Bakıxanovdakı parkda nə baş verir? - Baku TV
- “Çox yaxşı adam idi” | Bakıda ər və arvad amansızlıqla öldürüldü - Baku TV
