Выбрать плеер:

Qadının sol ayağının yerinə sağ ayağı əməliyyat edilib? - "Həkim dedi ki, qayıtmayacağam" - Baku TV

10 сентября 2026 143 просмотров

Şəki şəhər sakini, 71 yaşlı Dövlət Abdullayeva Baku TV-nin qaynar xəttinə müraciət edərək “Medera Hospital”da keçirdiyi əməliyyatdan sonra problemlərlə üzləşdiyini bildirib.

Şikayətçinin iddiasına görə, Gürkan adlı həkim onun sol ayağının əvəzinə sağ ayağını əməliyyat edib. Dövlət Abdullayeva uzun illərdir ayaqları ilə bağlı problem yaşadığını, sonuncu əməliyyatdan sonra isə səhhətində müxtəlif fəsadların yarandığını deyib.

“20 ildir mən bu zülmdəyəm. Bir ayağımdan səkkiz dəfə, digərindən altı dəfə əməliyyat olunmuşam. Məni necə şikəst qoyubsa, gəlsin”, – deyə şikayətçi qeyd edib.

Məsələ ilə bağlı “Medera Hospital”dan bildirilib ki, Dövlət Abdullayeva Əliqulu qızı 2 dekabr 2022-ci il və 28 fevral 2023-cü il tarixlərində sol bud sümüyünün sınığı ilə bağlı əməliyyat olunub.

Klinikanın açıqlamasına görə, daha sonra Dövlət Abdullayeva həyat yoldaşı ilə birlikdə klinikaya dəvət edilib və rəhbərlik və mütəxəssislərin iştirakı ilə konsilium keçirilib. Bildirilib ki, travmatoloq Aqşin Məmmədov xəstəni müayinə edib və iki aylıq müalicə təyin edib.

Klinikadan qeyd olunub ki, müalicə başa çatdıqdan sonra xəstənin klinikaya müraciət etməsi və əməliyyatın təmənnasız həyata keçirilməsi təklif olunub. Açıqlamaya görə, Dövlət Abdullayeva bununla razılaşıb və rayona qayıdıb.

“Medera Hospital”dan həmçinin bildirilib ki, Dövlət Abdullayeva və həyat yoldaşı klinikanı tərk etdikdən sonra müxtəlif dövlət qurumlarına əsassız şikayətlər ediblər.

Qeyd edək ki, Abdullayevlər ailəsi əməliyyatı icra edən Gürkan adlı həkimin Türkiyəyə getdiyini və daha geri qayıtmayacağını bildirsə də, qarşı tərəf bu barədə hər hansı açıqlama verməyib.

Скопировано
Qərbi Azərbaycanın yaddaş məkanları: Şəki kəndinin tarixi

Qərbi Azərbaycanın yaddaş məkanları: Şəki kəndinin tarixi

Cəmiyyət
22 сентября 2026 143 просмотров
"Sərhəddə saxladılar ki..." | Gözdən əlil şəxs 10 il sonra niyə hərbi xidmətə çağırılıb? - Baku TV

"Sərhəddə saxladılar ki..." | Gözdən əlil şəxs 10 il sonra niyə hərbi xidmətə çağırılıb? - Baku TV

Cəmiyyət
22 сентября 2026 143 просмотров
284 nömrəli məktəbin həyətində dözülməz vəziyyət | Problem niyə həll olunmur? - Baku TV

284 nömrəli məktəbin həyətində dözülməz vəziyyət | Problem niyə həll olunmur? - Baku TV

Cəmiyyət
22 сентября 2026 143 просмотров
Paytaxtda aparılan qazıntılar yollarda əlavə sıxlıq yaradıb - Baku TV CANLI

Paytaxtda aparılan qazıntılar yollarda əlavə sıxlıq yaradıb - Baku TV CANLI

Cəmiyyət
22 сентября 2026 143 просмотров
Yerli əhalisinin iki dəfə qovulduğu Azərbaycan kəndi Şəkinin tarixi

Yerli əhalisinin iki dəfə qovulduğu Azərbaycan kəndi Şəkinin tarixi

Cəmiyyət
22 сентября 2026 143 просмотров
Yollarda təmir başladı, tıxac artdı | Nəsimi rayonunda sakinlər çətin durumda - Baku TV

Yollarda təmir başladı, tıxac artdı | Nəsimi rayonunda sakinlər çətin durumda - Baku TV

Cəmiyyət
22 сентября 2026 143 просмотров
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla ailələr yola salındı - Baku TV

Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla ailələr yola salındı - Baku TV

Cəmiyyət
22 сентября 2026 143 просмотров
Yararsız yollar, qaranlıq küçələr | Problem niyə həll edilmir? - Baku TV CANLI

Yararsız yollar, qaranlıq küçələr | Problem niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
22 сентября 2026 143 просмотров
“Adamın ağlamağı gəlir” | Sakinlər imdad dilədi | “Çörək almaq üçün 5 küçə keçirəm” - Baku TV

“Adamın ağlamağı gəlir” | Sakinlər imdad dilədi | “Çörək almaq üçün 5 küçə keçirəm” - Baku TV

Cəmiyyət
22 сентября 2026 143 просмотров
Bakıda keçiriləcək sərgidə dünyanın müdafiə sənayesi şirkətləri toplaşacaq - Baku TV

Bakıda keçiriləcək sərgidə dünyanın müdafiə sənayesi şirkətləri toplaşacaq - Baku TV

Cəmiyyət
22 сентября 2026 143 просмотров
Выбранные
icon