Выбрать плеер:
Qaz çəkilib, amma əhali hələ də zülm çəkir | “Belə şey olmaz, biz də adam kimi yaşayaq!” - Baku TV
Ağdaş rayonunun Qaradeyin kənd sakinləri Baku TV-nin qaynar xəttinə müraciət ediblər. Onların sözlərinə görə, kəndə yeni qaz xətti çəkilsə də, ondan istifadə edə bilmirlər.
Sakinlər bildirirlər ki, podratçı şirkət qazın yaşayış evlərinə çəkilməsi üçün onlardan 1500–2000 manat məbləğində pul tələb edir. Bu səbəbdən kənd sakinləri evlərinə qaz xətti çəkdirə bilmirlər.
“Xahiş edirik ki, bir tədbir görsünlər. Qaz xətti kəndə qədər gəlib çıxıb. İcazə versinlər, camaat qazdan istifadə etsin, qışda əziyyət çəkməsin”, – vətəndaşlardan biri söyləyib.
Digər bir kənd sakini isə vurğulayıb:
“Gəlib sayğaclarımızı quraşdırsınlar, qazımızı versinlər, biz də adam kimi yaşayaq”.
Скопировано
Тег #Ağdaş используется
- Ağdaşdakı silahlı insidentin təfərrüatları məlum oldu - Baku TV CANLI
- 14 yaşlı yeniyetmə qonşusunu güllələdi? - Ağdaşda dəhşətə gətirən hadisə - Baku TV
- Ağdaşda "Məzhəb ayrı-seçkiliyi: həmrəyliyə təhdid" kimi mövzusunda regional konfrans - Baku TV
- "Evin tək oğlu idi, xeyir işə hazırlaşırdıq..." | 31 yaşlı kişinin faciəvi sonu - Baku TV
- "Əhali qoşula bilər, mən yox?!" | İşıq problemi kənd sakinini təngə gətirdi - Baku TV
