Cəmiyyət
Выбрать плеер:
Qəzadan sağ çıxan şəxs yaşadığı dəhşəti danışdı | Təyyarəni dəfələrlə endirməyə çalışsalar da...
Təyyarə qəzasından sağ çıxan azərbaycanlı Ayhan Bayramzadə qəza anı yaşadıqlarından danışıb.
Onun sözlərinə görə, təyyarə 3-cü dəfə enişə cəhd edəndə artıq sərnişinlər təhlükədə olduqlarını hiss ediblər:
“Əvvəlcə bizə dedilər ki, Qroznıya enirik. Pilot birinci dəfə enməyə çalışdı, amma alınmadı. Səmaya qalxdı. Eyni şeyi ikinci dəfə təkrar etdi. Bu dəfə də alınmadı. Artıq üçüncü enişdə biz təhlükəni hiss etdik. Ondan sonra təyyarə 1-2 saat Qroznı ətrafında fırlandı. Sonra Aktauda qəza enişi etdik. Artıq hər şeydən əlimizi üzdük. Hökumə xanım dedi ki, heç kim yerindən qalxmasın, kəmərləri taxsın, məcburi qəza enişi etməliyik. Ekipaj üzvləri bizi qorxutmadılar. Hər şeyin yaxşı olacağını dedilər”.
Скопировано
Выбранные