"Altını vura-vura gedirik" - Sürücüləri bəlaya salan yol - "Şikayət edəndə deyirlər ki..." - Baku TV
Xətai rayonunun Sədi Musayev küçəsində bir müddət əvvəl kanalizasiya xəttində aparılan işlərlə əlaqədar asfalt yol qazılıb.
Kanalizasiya xəttindəki işlər tamamlandıqdan sonra isə asfalt yol olduğu kimi saxlanılıb. Tək istiqamətli yolun böyük bir hissəsi tam yararsız vəziyyətdədir ki, bu da avtomobillərin hərəkətində ciddi maneələr yaradır.
"Bütün gün yollardayıq, əziyyət çəkirik. Baxan var ki, deyirlər, düzələcək. Şəhərin mərkəzində yolların belə vəziyyətdə olması nə dərəcədə düzgündür? İndi az qala qəza edirdim. Balaca maşınla altını vuraraq gedirik. Qazandığımızı maşına veririk", – sürücülərdən biri deyib.
Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib ki, qeyd olunan ərazidə içməli su xətti çəkilib və hazırda birləşmələr verilir. Layihənin icrası başa çatdıqdan sonra asfalt qatı bərpa olunacaq.
