Выбрать плеер:

"Anormal davranırsa, normaldır" | Boşanmaların səbəbi: "Hər dəqiqə deyir ki, göstər..."- Baku TV

03 марта 2026 230 просмотров

Son illər boşanma statistikasında artım müşahidə olunur. Mütəxəssislər bildirirlər ki, ailələrin dağılmasına səbəb yalnız maddi problemlər və ya xəyanət deyil. Münasibətlərdə artan güvənsizlik və əsassız şübhələr də buna səbəb olan əsas faktorlardandır.

8 saylı Mediasiya Təşkilatının direktoru Mayıl Əhməd bildirib ki, tərəflər bir-birindən daimi nəzarət tələb edirlər:

“Bəy xanıma, ya da xanım bəyə bildirir ki, sənin yazışmalarına baxmalıyam, hər dəqiqə telefonu mənə göstərməlisən. Əsassız şübhələr, bir-birinə qarşı xəyanət ittihamları ortaya çıxır. Belə hallarda biz tərəfləri ailə psixoloquna müraciət etməyə dəvət edirik. Çalışırıq izah edək ki, hər hansı yazışma iş yoldaşı və ya dost tərəfindən göndərilmiş ola bilər. Müasir dövrdə insanlar iş ahəngi və sosial əlaqələr səbəbi ilə yazışırlar. Bu isə o demək deyil ki, tərəflərdən biri xəyanət edib. Araşdırma aparılmadan birbaşa məhkəməyə müraciət etmək düzgün yanaşma deyil”.

Psixoloqlar isə bildirirlər ki, əsassız şübhə, qarşı tərəfi ittiham etmək paranoyanın əlamətidir. Bu psixoloji problemdən əziyyət çəkən şəxs daim münasibətdə olduğu insanı nəzarət altında saxlamağa çalışır.

Psixoloq Rəxşan Əli Əzimzadənin sözlərinə görə, paranoya insanın əsassız şəkildə şübhələnməsi, başqalarının ona qarşı pis niyyətli olduğuna inanmasıdır:

“Münasibətdə bu, özünü telefon və sosial media hesablarına nəzarət, şifrlərin tələb olunması, kimə nə yazıldığının soruşulması ilə göstərir. Davamlı və yerli-yersiz suallar, artan xəyanət şübhələri, sözlərə gizli məna yükləmək bu halın əsas əlamətləridir. Amerika Psixoloqlar Assosiasiyasının araşdırmasına görə, paranoid xüsusiyyətlər kişilərdə qadınlara nisbətən daha çox müşahidə olunur. Təbii ki, bunun müalicəsi var və koqnitiv davranış terapiyası ilə problem üzərində işləmək mümkündür”.

Скопировано
“Çox təhlükəlidir, görməyən də var” | Bu yoldan keçmək cəsarət tələb edir - Baku TV

“Çox təhlükəlidir, görməyən də var” | Bu yoldan keçmək cəsarət tələb edir - Baku TV

Cəmiyyət
01 мая 2026 230 просмотров
“Hər an uşağı vura bilər” | 10 ildir qaranlıqda qalan sakinlər boğaza yığılıb - Baku TV

“Hər an uşağı vura bilər” | 10 ildir qaranlıqda qalan sakinlər boğaza yığılıb - Baku TV

Cəmiyyət
01 мая 2026 230 просмотров
20 min abituriyenti geri salan səbəblər - HANSI İXTİSAS?

20 min abituriyenti geri salan səbəblər - HANSI İXTİSAS?

Cəmiyyət
01 мая 2026 230 просмотров
“İlk dəfədir bu günü onsuz keçiririk” | Xalq artisti Ramiz Quliyevin xatirəsi yad edildi - Baku TV

“İlk dəfədir bu günü onsuz keçiririk” | Xalq artisti Ramiz Quliyevin xatirəsi yad edildi - Baku TV

Cəmiyyət
01 мая 2026 230 просмотров
Kür çayında suyun səviyyəsinin qalxması Kürdəmirdə ciddi fəsadlar törətdi - Baku TV

Kür çayında suyun səviyyəsinin qalxması Kürdəmirdə ciddi fəsadlar törətdi - Baku TV

Cəmiyyət
01 мая 2026 230 просмотров
Balakəndə V-VII əsrlərə aid edilən Alban məbədi aşkarlanıb - Baku TV

Balakəndə V-VII əsrlərə aid edilən Alban məbədi aşkarlanıb - Baku TV

Cəmiyyət
01 мая 2026 230 просмотров
Tovuz sakinindən əlilliyin təyin olunması ilə bağlı şikayət | Qurumdan cavab - Baku TV

Tovuz sakinindən əlilliyin təyin olunması ilə bağlı şikayət | Qurumdan cavab - Baku TV

Cəmiyyət
01 мая 2026 230 просмотров
Quba şəhərində WUF13 Festivalı keçirilib - Baku TV

Quba şəhərində WUF13 Festivalı keçirilib - Baku TV

Cəmiyyət
01 мая 2026 230 просмотров
Şamaxıda minə yaxın sakini olan yaşayış massivinin yolları yararsız haldadır - Baku TV

Şamaxıda minə yaxın sakini olan yaşayış massivinin yolları yararsız haldadır - Baku TV

Cəmiyyət
01 мая 2026 230 просмотров
"Baku TV" görkəmli rejissor Ramiz Həsənoğlu haqqında sənədli film çəkdi - Baku TV

"Baku TV" görkəmli rejissor Ramiz Həsənoğlu haqqında sənədli film çəkdi - Baku TV

Cəmiyyət
30 апреля 2026 230 просмотров
Выбранные
icon