Выбрать плеер:
"Bu gölə şəfa tapmaq üçün gəlirlər" | Duz gölü müalicəvidir? - Baku TV
Paytaxtın Suraxanı rayonu, Zığ–Hövsan yolunun kənarında yerləşən və xüsusilə yay aylarında insanların sıx üz tutduğu Duzlu gölün müalicəvi əhəmiyyətə malik olduğu iddia edilir.
Bildirilir ki, ərazidə göldən çıxarılan palçıqla xüsusi vannalar təşkil olunur və vətəndaşlar 50 qəpik ödəyərək bu palçıqdan şəfa tapmaq məqsədilə istifadə edirlər.
Həmçinin qeyd olunur ki, əraziyə daxil olan hər bir avtomobildən və vətəndaşdan giriş üçün bir manat yığılır. Lakin ərazidə aparılan müşahidələr gölün ətrafında zibil qalıqlarının olduğunu və natəmizliyin hökm sürdüyünü göstərir.
Vurğulanır ki, obyekt sahibləri yaranmış antisanitar vəziyyətə görə zibilləri yerə atan vətəndaşları günahlandıraraq tullantıların günün sonunda təmizləndiyini bildiriblər.
Скопировано
