Выбрать плеер:

"Dedi ki, mənə heç nə edə bilməzsiniz!" - "Azerina" müştərini şantaj edib? | Şok səs yazısı

13 февраля 2026 382 просмотров

Bir müddət əvvəl sosial şəbəkələrdə yayılan görüntülərdə pasiyentlərinin xüsusi geyimdə seanslara qatılması, bədənlərinin titrəməsi və ağlayaraq yerə yıxılması ilə gündəmə gələn “Azerina” ləqəbli, özünü həyat təlimçisi və psixoloq kimi təqdim edən Əfsanə Qasımlı yenidən müzakirə mövzusuna çevrilib.

Sözügedən görüntülər cəmiyyətdə ciddi narahatlıq doğurmuşdu. Bu dəfə isə Əfsanə Qasımlı “Beauty Time” gözəllik salonları şəbəkəsinin rəhbəri Könül Həmzəyevanın onu aldatdığını iddia etməsi ilə diqqət çəkib.

Hadisənin fonunda həm Baku TV-nin qaynar xəttinə daxil olan müraciətlərdə, həm də sosial şəbəkələrdə paylaşılan şərhlərdə vətəndaşlar “Azerina” ləqəbli Əfsanə Qasımlının onları aldatdığını bildirirlər. Bəzi şəxslər külli miqdarda maddi zərərə məruz qaldıqlarını iddia edirlər.

Şikayətçilərdən biri bildirib ki, iki-üç il əvvəl sosial şəbəkələrdə “Azerina” adlı xanım özünü aktiv şəkildə reklam etməyə başlayıb:

“Deyirdi ki, pulqabıları satıram və onları əldə etsəniz, içi pulla dolu olacaq. Qiymət 250 manat idi. Niyə bu qədər bahalı olduğunu soruşanda isə cavab verirdi ki, bu mənim çəkdiyim əziyyətə görədir. Bildirirdi ki, guya biz işləmədən, heç bir əmək sərf etmədən pul qazanacağıq. Lakin həmin pulqabı boş qaldı. “Azerina” mesajlarımıza cavab vermədi”.

Əfsanə Qasımlı isə sözügedən iddiaları qəbul etmədiyini deyib:

“Pulqabını alırsan, içi dolur” deməmişik. Elə olsaydı, hamı milyarder olardı. Hazırda Könül Həmzəyeva tərəfindən qurulan bir oyunun içindəyəm. Əgər pasiyentin şikayəti varsa, niyə gəlib birbaşa mənə demir?!”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən qeyd olunub ki, sözügedən faktlarla bağlı ərazi üzrə polis orqanında araşdırma aparılır.

Скопировано
Maştağada gölün doldurulması faktı üzrə hüquqi tədbirlər görülüb - Baku TV

Maştağada gölün doldurulması faktı üzrə hüquqi tədbirlər görülüb - Baku TV

Cəmiyyət
13 марта 2026 382 просмотров
Şəhid övladları üçün qış düşərgəsi reallaşdırılıb - Baku TV

Şəhid övladları üçün qış düşərgəsi reallaşdırılıb - Baku TV

Cəmiyyət
13 марта 2026 382 просмотров
İnsanların sağlamlığı təhlükəyə atılır? | "Hər şey pul tələsidir" - Baku TV

İnsanların sağlamlığı təhlükəyə atılır? | "Hər şey pul tələsidir" - Baku TV

Cəmiyyət
12 марта 2026 382 просмотров
“Ondan sonra qəddarlaşdım” - Mərhum polisin 30 illik xanımı göz yaşları içində | ARZUNUN VAXTI

“Ondan sonra qəddarlaşdım” - Mərhum polisin 30 illik xanımı göz yaşları içində | ARZUNUN VAXTI

Cəmiyyət
12 марта 2026 382 просмотров
Ramazan ayının 23-cü gününün duası - Baku TV

Ramazan ayının 23-cü gününün duası - Baku TV

Cəmiyyət
12 марта 2026 382 просмотров
Süleyman Rüstəmin 120 illiyinə həsr olunmuş anım tədbiri keçirildi

Süleyman Rüstəmin 120 illiyinə həsr olunmuş anım tədbiri keçirildi

Cəmiyyət
12 марта 2026 382 просмотров
Xalq şairi Cabir Novruzun anım tədbiri keçirildi

Xalq şairi Cabir Novruzun anım tədbiri keçirildi

Cəmiyyət
12 марта 2026 382 просмотров
4 cildlik “Azərbaycan Kinosu. Yığcam Ensiklopediya (1898 – 2025)” kitabı nəşr olundu - Baku TV

4 cildlik “Azərbaycan Kinosu. Yığcam Ensiklopediya (1898 – 2025)” kitabı nəşr olundu - Baku TV

Cəmiyyət
12 марта 2026 382 просмотров
"Oğuz eli var idi, bu da Oğuz gölüdür!" | Bərbad haldakı küçə | "Girməyə qorxurlar ki..." - Baku TV

"Oğuz eli var idi, bu da Oğuz gölüdür!" | Bərbad haldakı küçə | "Girməyə qorxurlar ki..." - Baku TV

Cəmiyyət
12 марта 2026 382 просмотров
"Qiymət aşağıdır, amma..." | Novruz alış-verişi üçün yarmarka, yoxsa bazar sərfəlidir? - Baku TV

"Qiymət aşağıdır, amma..." | Novruz alış-verişi üçün yarmarka, yoxsa bazar sərfəlidir? - Baku TV

Cəmiyyət
12 марта 2026 382 просмотров
Выбранные
icon