"İnşaatçılar" mədəniyyət evi ilə niyə maraqlanan yoxdur? - Baku TV
Sumqayıt şəhərinin İnşaatçılar qəsəbəsində yerləşən mədəniyyət evi bərbad vəziyyətə düşüb. Bir zamanlar kütləvi tədbirlərin keçirildiyi mədəniyyət ocağı hazırda qəzalı vəziyyətdədir.
Baxımsızlıq səbəbindən binanın pəncərələri sınıb, qapı və döşəmələri çürüyüb, divarlarında isə dərin çatlar yaranıb. Dam örtüyü sıradan çıxdığı üçün yağıntı suları tavanın aşınmasına səbəb olub. Binanın zal hissəsi isə tullantılarla dolub.
Sözügedən vəziyyətlə bağlı Mədəniyyət Nazirliyindən bildirilib ki, mədəniyyət müəssisələrinin dayanıqlığının və xidmət səviyyəsinin ölçülməsi üçün mütəmadi monitorinqlər aparılır:
"Monitorinqlərin nəticələri əsasında müəssisələrin fəaliyyəti qiymətləndirilir. Yeni mədəniyyət infrastrukturunun qurulması məqsədilə prioritetlər müəyyənləşdirilir və müvafiq layihələr hazırlanır".
