"Mənə piano hədiyyə etdi, dedi ki..." | Leyla Əliyeva Uşaq evini ziyarət etdi - Baku TV
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iyunun 30-da Şəkidə 6 saylı Uşaq evi sosial xidmət müəssisəsində olub.
O, müəssisədəki uşaqların iştirakı ilə nümayiş etdirilən bədii proqramı izləyib. Həmçinin uşaqlara hədiyyələr təqdim edib, onlarla həmsöhbət olub.
“Leyla xanımla bu, ikinci görüşümüz idi. Bizə qarşı çox səmimi idi və böyük qayğı göstərirdi. Hədiyyələr üçün də təşəkkür edirik. Amma mənim üçün ən əsası hədiyyələr deyil, bizə bəxş etdiyi təbəssüm, səmimiyyət və xoş söhbət oldu”, – Uşaq evinin sakini Aysun İbadova söyləyib.
Uşaq evinin digər bir sakini Zinyət Kərimova isə bildirib:
“Leyla xanım gəlməzdən əvvəl həyəcanlı idim. Görüşün necə keçəcəyini düşünürdüm. Amma Leyla xanım o qədər səmimi və gülərüz idi ki, otağa daxil olan kimi bütün həyəcanım itdi. Gətirdiyi hədiyyələr üçün çox sağ olsun. Lakin ən önəmlisi onun bizə göstərdiyi isti münasibət, qayğı və verdiyi dəyər idi”.
