"Novo Nordisk" piylənmə ilə mübarizədə müasir tibbi yanaşmalarını Azərbaycana gətirir - Baku TV
Danimarkanın aparıcı qlobal səhiyyə şirkəti “Novo Nordisk” Azərbaycanda piylənmə ilə yaşayan insanlar üçün “Live Lighter – Az Çəki, Çox Həyat” kampaniyasını Bakı Konqres Mərkəzində keçirilən xüsusi media konfransında təqdim edib.
Konfrans zamanı Azərbaycanda orijinal semaqlutid tərkibli yeni GLP-1 preparatının istifadəyə təqdim olunduğu bildirilib.
Semaqlutid bu günədək dünyada 49 milyondan çox istifadə təcrübəsinə malikdir.
Danimarkanın Azərbaycandakı səfiri Ole Toft əməkdaşlıq və innovasiyanın əhəmiyyətini, “Novo Nordisk”in Azərbaycan üzrə rəhbəri Şule Erdim Ersoy piylənmənin mürəkkəb tibbi vəziyyət olduğunu, tibbi menecer Aytən Aslanova preparatın elmi əsaslı yanaşmanı təmsil etdiyini, Emil Hidayətli isə tibbi dəstəyin vacibliyini vurğulayıb.
