Выбрать плеер:
"Palçıq evin içinə girib, belə yol olar?!" | Mərkəzi küçə niyə bu halda qalıb?
Şamaxının Əlövsət Abdullayev küçəsi illərdir ki, bərbad haldadır.
Sakinlərin sözlərinə görə, yolun yararsız vəziyyətə düşməsi ucbatından piyadalar rahat hərəkət edə bilmirlər.
Sürücülər də problemdən şikayətçidirlər. Onlar avtomobillərinin ehtiyat hissələrinin tez-tez sıradan çıdığını deyirlər.
“Uşağımın müalicə pulundan kəsib küçəyə qrabil tökdürmüşdüm. Sonra gəlib asfalt çəkiləcəyini dedilər və onu təmizlədilər, daha sonra yol daha da pis vəziyyətə düşdü”, – deyə sakin Aysel Səmədova narazılığını bildirib.
“Palçıq evin içinə girib. Belə yol olar?! Evimdə yataq xəstəsi var, çölə çıxara bilmirəm. Birinin evi yansa, yanğınsöndürən onun evini söndürə bilməyəcək”, – başqa bir sakin deyib.
Скопировано
