"Pəncərəni açan kimi evə dolur" | Gəncədə sakinlər çıxılmaz vəziyyətdə - Baku TV
Gəncənin Gülüstan qəsəbəsi Rövşən Mehralıyev küçəsində yaşayan sakinlər Baku TV-nin qaynar xəttinə müraciət edərək bildirirlər ki, ərazidə çirkab suları ətrafa yayılır. Bu isə antisanitar vəziyyətin yaranmasına səbəb olur.
Onların sözlərinə görə, məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, problem hələ də həll olunmayıb:
“Pəncərəni açan kimi kanalizasiya iyi evə dolur. Qoxudan çölə çıxa bilmirik. Yaşamaq mümkün deyil”.
Məsələ ilə əlaqədar İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, qeyd olunan ünvanda layihə üzrə tikintisi davam etdirilən və hələ istismara verilməyən kanalizasiya xətlərinə sakinlər tərəfindən qeyri-qanuni qoşulmalar edilib. Xəttin inşası bitmədiyindən, ümumi kollektora qoşulmadığından sakinlərin çirkab suları baxış quyularından daşaraq ətrafa yayılır və antisanitar vəziyyət yaradır. Məsələ Gəncə şəhər Sukanal İdarəsinin nəzarətindədir. İdarə tərəfindən əraziyə baxış keçirilərək lazımi tədbir görüləcək.
Тег #Gəncə используется
- "Yarısını özü yeyib, yarısını da..." | Gəncədəki hadisə barədə təcili açıqlama - Baku TV
- Gəncədə Azərbaycan İnnovasiya Mərkəzi açıldı | Startap quruculuğuna dəstək - Baku TV
- DSMF daxmada yaşayan 5 oğul və ataya müavinət təyin etdi - Baku TV
- "Qonşu gəldi ki, bizim evə qeydiyyata düşmüsünüz" | Vətəndaşların üzləşdiyi problem - Baku TV
- Avtomobil ağaca çırpıldı
