Выбрать плеер:

"Saxta "kupça" atırlar" - Qalmaqal | Sakinlər burada ev aldıqlarına peşman oldular - Baku TV

25 февраля 2026 329 просмотров

Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən “Bakı Cənub Qapısı Yaşayış Kompleksi”nin sakinləri iddia edirlər ki, artıq 8 ilə yaxındır burada yaşasalar da, mənzillərinə çıxarış ala bilmirlər.

Vətəndaşların sözlərinə görə, məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, problem hələ də həllini tapmayıb.

“6 ildən çoxdur burada mənzil almışam. Bu müddət ərzində çıxarışla bağlı bir çox vədlər verilib. Lakin onların heç biri yerinə yetirilməyib”, – deyə sakinlərdən biri bildirib.

Digər bir vətəndaş isə qeyd edib ki, təmirsiz halda mənzil üçün 40 400 manat ödəniş ediblər: “Evin çıxarışı olmadığı üçün uşağımı hər hansı bir yerdə qeydiyyatdan keçirə bilmirəm”.

Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən vurğulanıb ki, sözügedən yerin adı “Rahat Evlər” deyil, “Şah İnşaat” MTK-dır və istismara icazə ilə əlaqədar Komitəyə rəsmi müraciət daxil olmayıb.

Fövqəladə Hallar Nazirliyi isə açıqlamasında qeyd edib ki, göstərilən ünvanda inşa olunan yaşayış kompleksinə Nazirlik tərəfindən istismara hazırlıq aktı təqdim edilib.

Mövcud vəziyyətlə bağlı Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib ki, çoxmənzilli yaşayış binaları üzrə tikinti obyektinin istismara icazə sənədi təqdim edildikdən sonra həmin binalarda mənzil əldə etmiş şəxslər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.6-cı maddəsinə uyğun olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı və pay haqqının tam ödənilməsini təsdiq edən sənədlə müvafiq “ASAN xidmət” mərkəzinə müraciət edə bilərlər.

Qurumdan vurğulanıb ki, bundan sonra mənzillər üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məsələsinə qanunvericiliyə uyğun qaydada baxılacaq.

Скопировано
Qafqaz Müsəlmanlar İdarəsi məlumat yayıb - Baku TV

Qafqaz Müsəlmanlar İdarəsi məlumat yayıb - Baku TV

Cəmiyyət
16 июня 2026 329 просмотров
Nazir Məcnun Məmmədov taxıl biçini prosesinin gedişi ilə yaxından maraqlandı - Baku TV

Nazir Məcnun Məmmədov taxıl biçini prosesinin gedişi ilə yaxından maraqlandı - Baku TV

Cəmiyyət
15 июня 2026 329 просмотров
Tibb müəssisəsində işçilərdən pul yığılır? | "Yayılan o görüntülər..." - Baku TV

Tibb müəssisəsində işçilərdən pul yığılır? | "Yayılan o görüntülər..." - Baku TV

Cəmiyyət
15 июня 2026 329 просмотров
"2 dəfə ölümü görüb qayıtmışam" | Sabun doğrayan qadının xərçənglə mübarizəsi - ARZUNUN VAXTI

"2 dəfə ölümü görüb qayıtmışam" | Sabun doğrayan qadının xərçənglə mübarizəsi - ARZUNUN VAXTI

Cəmiyyət
15 июня 2026 329 просмотров
Ailənin sosial yardımı niyə kəsilib? - "Bacımın uşaqlarını himayəmə götürəndə..." - Baku TV

Ailənin sosial yardımı niyə kəsilib? - "Bacımın uşaqlarını himayəmə götürəndə..." - Baku TV

Cəmiyyət
15 июня 2026 329 просмотров
Bu sakinlərin həyatı görün niyə risk altındadır | "Camaat əziyyət çəkir!" - Baku TV

Bu sakinlərin həyatı görün niyə risk altındadır | "Camaat əziyyət çəkir!" - Baku TV

Cəmiyyət
15 июня 2026 329 просмотров
"Qazandığımızı ancaq ustalara veririk" | Mərkəzi yol niyə yararsız halda qalıb? - Baku TV

"Qazandığımızı ancaq ustalara veririk" | Mərkəzi yol niyə yararsız halda qalıb? - Baku TV

Cəmiyyət
15 июня 2026 329 просмотров
İsti havada iştahanın azalmasının səbəbi açıqlandı

İsti havada iştahanın azalmasının səbəbi açıqlandı

Cəmiyyət
15 июня 2026 329 просмотров
Alimlər şəkərdən imtina edilməsinin mənfi nəticələrini aşkar ediblər

Alimlər şəkərdən imtina edilməsinin mənfi nəticələrini aşkar ediblər

Cəmiyyət
15 июня 2026 329 просмотров
Avtobuslar səhər xəttə çıxmazdan əvvəl hansı prosedurlardan keçir? - Baku TV

Avtobuslar səhər xəttə çıxmazdan əvvəl hansı prosedurlardan keçir? - Baku TV

Cəmiyyət
14 июня 2026 329 просмотров
Выбранные
icon