Выбрать плеер:
Şabranda palçıqlı yollardan təngə gələn sakinlər imdad diləyir - Baku TV
Şabran şəhərinin Məhəmməd Əsədov küçəsində yaşayan sakinlər illərdir yolların yararsız vəziyyətdə olmasından əziyyət çəkirlər.
Onlar Baku TV-nin qaynar xəttinə müraciət edərək aidiyyəti qurumlardan kömək istəyiblər.
“Bu küçə ilə heç kim maraqlanmır. Bütün məhəllənin suyu mənim qapımın ağzına yığılır. Nəvələrim məktəbə gedə bilmirlər, palçığın içində qalırlar. Özümüz bazara gedəndə də eyni vəziyyətlə üzləşirik. Çox pis gündəyik”, – deyə sakinlərdən biri bildirib.
Başqa bir sakin isə qeyd edib ki, küçədə 300-400 ev var, hər evdən azı 3-4 uşaq məktəbə gedir:
“Yağış yağanda uşaqlar çəkmə ilə körpünün altına qədər gedirlər, orada çəkmələri çıxarıb ayaqqabılarını geyinərək məktəbə yollanırlar. Hansı dövrdə yaşayırıq ki, küçəmiz bu vəziyyətdədir?”.
Скопировано
