Sabunçuda su kollektorunda qəza | ADSEA-nın əməkdaşı problemlə bağlı danışdı - Baku TV
Paytaxtın Sabunçu rayonunda, Balaxanı və Məmmədli kəndləri arasındakı ərazidə su axıntısı yaranıb.
Sakinlərin sözlərinə görə, ərazidə təxminən 2-3 gündür əsas kollektorda qəza baş verib. Nəticədə, su çöllük əraziyə axaraq burada gölə bənzər sahə yaradıb.
Vətəndaşlar bildirirlər ki, içməli su ilə bağlı çətinlik yaşadıqları halda böyük həcmdə suyun əraziyə axması narahatlıq doğurur. Onların sözlərinə görə, qəza ilə bağlı ərazidə uzun müddət heç bir müdaxilə olmayıb.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, Balaxanıda çöllük ərazidə müşahidə olunan su axıntısı vantuzda baş verən nasazlıqla əlaqədardır.
Qurumun məlumatına görə, Bakı Sukanal İdarəsinin briqadası əraziyə cəlb olunub. Mövcud problemin aradan qaldırılması istiqamətində işlər görülür.
Тег #Sabunçu rayonu используется
- TƏCİLİ: Maştağada fərdi yaşayış evində partlayış baş verdi - Baku TV CANLI
- Maştağada qandonduran hadisə | Özündən çıxan 21 yaşlı oğlan görün nə etdi - Baku TV
- Yolu qısaltmaq cəhdi 3 nəfərə baha başa gəldi - Baku TV
- "Ödəməyən qışqırır!" | Sakinlərin başına oyun açdılar? - "Pulları yığdı, aradan çıxdı" - Baku TV
- İçməli su kollektorundakı qəza ətraf əraziləri su altında qoydu - Baku TV
