Выбрать плеер:

Sakinlə Gədəbəy Rayon İcra Hakimiyyəti üz-üzə qaldı

21 июня 2025 406 просмотров

Gədəbəy rayonu Aytala kənd sakini Lalə Sultanova ona məxsus 2 “A-Frame” tipli mülkün Gədəbəy Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən qanunsuz şəkildə söküldüyünü iddia edir. L.Sultanovanın sözlərinə görə, ona 60 min manatdan çox maddi ziyan dəyib.

Məsələ ilə bağlı Gədəbəy Rayon İcra Hakimiyyətindən L.Sultanovaya məxsus mülklərin qanunsuz tikili olduğu və bununla bağlı ona dəfələrlə xəbərdarlıq edildiyi bildirilib.

“L.Sultanova meşə fonduna daxil olan və digər vətəndaşlara məxsus pay torpaq sahələrində şəhərsalma və tikinti qaydalarını ciddi surətdə pozmaqla sahibkarlıq məqsədilə özbaşına tikinti işləri aparıb. Həmin işlərin dayandırılması ilə bağlı Lalə xanıma dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, özbaşına tikinti işlərini davam etdirib.

Bununla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq, Fövqəladə Hallar Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti və Gədəbəy Rayon İcra Hakimiyyətinin birgə iştirakı ilə özbaşına tikinti işlərinin qarşısı alınıb”, – deyə qurumdan qeyd olunub.

Hüquqşünas Hikmət Əliyevin sözlərinə görə, hər hansı dövlət qurumu qanunsuz inşa edilmiş evlərin söküntüsünü həyata keçirə bilməz:

“Belə hallarda Fövqəladə Hallar Nazirliyi tərəfindən məhkəməyə müraciət edilməli, qanunsuz tikilinin müəyyən edilməsi və sökülməsi barədə müvafiq məhkəmə qərarı alınmalıdır. Yalnız bundan sonra sözügedən evlərin söküntüsü həyata keçirilə bilər”.

Скопировано
Vətəndaşlarla tikinti şirkəti arasında mübahisə yarandı - Baku TV

Vətəndaşlarla tikinti şirkəti arasında mübahisə yarandı - Baku TV

Cəmiyyət
15 марта 2026 406 просмотров
Gözlərdə bulanıq görmənin səbəbləri

Gözlərdə bulanıq görmənin səbəbləri

Cəmiyyət
15 марта 2026 406 просмотров
Ağciyər xərçənginə qarşı güclü vasitədir?

Ağciyər xərçənginə qarşı güclü vasitədir?

Cəmiyyət
15 марта 2026 406 просмотров
Lənkəranda şagirdlərin hazırladığı layihə qızıl medala layiq görüldü - Baku TV

Lənkəranda şagirdlərin hazırladığı layihə qızıl medala layiq görüldü - Baku TV

Cəmiyyət
15 марта 2026 406 просмотров
"Bir arvadla bacarmıram, o birini..." | Bu kənddə başımıza oyun açan nə oldu? - KƏNDİNƏ QAYIT

"Bir arvadla bacarmıram, o birini..." | Bu kənddə başımıza oyun açan nə oldu? - KƏNDİNƏ QAYIT

Cəmiyyət
15 марта 2026 406 просмотров
Bakı bulvarında Novruz yarmarkası təşkil olunub - Baku TV

Bakı bulvarında Novruz yarmarkası təşkil olunub - Baku TV

Cəmiyyət
15 марта 2026 406 просмотров
Həftəsonu səfərə çıxacaq sürücülərin diqqətinə! - Baku TV

Həftəsonu səfərə çıxacaq sürücülərin diqqətinə! - Baku TV

Cəmiyyət
15 марта 2026 406 просмотров
“Anama yalvarırdım ki, dərman al” - Epilepsiya xəstəsi Aydının anası fəryad etdi | ARZUNUN VAXTI

“Anama yalvarırdım ki, dərman al” - Epilepsiya xəstəsi Aydının anası fəryad etdi | ARZUNUN VAXTI

Cəmiyyət
14 марта 2026 406 просмотров
“Milyonlarla baxışı pulla almısan" | Elnarə Xəlilovanın “tör-töküntü” dediyi kimlərdir? - QAPQARA

“Milyonlarla baxışı pulla almısan" | Elnarə Xəlilovanın “tör-töküntü” dediyi kimlərdir? - QAPQARA

Cəmiyyət
14 марта 2026 406 просмотров
Ramazan ayının 25-ci gününün duası - Baku TV

Ramazan ayının 25-ci gününün duası - Baku TV

Cəmiyyət
14 марта 2026 406 просмотров
Выбранные
icon