Выбрать плеер:

Sakinlər 15 ildir mənzillərinə sənəd ala bilmir | FHN-dən məsələ ilə bağlı açıqlama - Baku TV

03 мая 2026 53 просмотров

Baku TV-nin qaynar xəttinə daxil olan şikayətlərdə sakinlər bildirirlər ki, Yeni Yasamal, Əsəd Əhmədov küçəsindəki 15 ildir tikilən binada hələ də mənzillərinə çıxarış ala bilməyiblər.

Onların sözlərinə görə, bu müddət ərzində döymədikləri qapı, müraciət etmədikləri qurum qalmayıb, lakin nəticə dəyişməyib.

“Mən bura altı ildir köçmüşəm. 15 ildir ki, bu bina tikilib, amma bizə sənəd verilmir. Hər dəfə 50 cür bəhanə gətirirlər. Mən evi alanda dedilər ki, iki ay sonra çıxarış veriləcək. Lakin heç nə yoxdur”, – sakinlərdən biri qeyd edib.

Başqa bir sakin isə bildirib:

“Heç bir xəstəxanaya, məktəbə qeydiyyata düşə bilmirik. Uşaqlar üçün çox çətin olur”.

Fövqəladə Hallar Nazirliyi mövcud vəziyyətlə bağlı açıqlama verərək bildirib ki, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, 27D ünvanında inşa olunan yaşayış binası Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2019-cu il tarixli 529 nömrəli fərmanına uyğun olaraq siyahıya daxil edilib. Lakin yanğın təhlükəsizliyi sahəsindəki mövcud çatışmazlıqlar hələ də aradan qaldırılmadığı üçün binanın istismara verilməsi barədə müvafiq rəyin verilməsi mümkün olmayıb.

Qeyd edilib ki, istismara icazə verilməyən binalarda məskunlaşma yolverilməzdir. Mənzil Məcəlləsinin 123.0.4-cü maddəsinə əsasən, istismarda olan çoxmənzilli binalarda ümumi əmlakın texniki vəziyyətinin təmin edilməsi binanın idarəedici təşkilatının vəzifəsidir.

Bakının tarixi məhəllələrindən olan Rəsulzadə qəsəbəsindən reportaj - Baku TV

Bakının tarixi məhəllələrindən olan Rəsulzadə qəsəbəsindən reportaj - Baku TV

Cəmiyyət
03 мая 2026 53 просмотров
Maştağada müalicə alan xəstələr qaçıb? | Onkologiya Mərkəzindəki partlayışın pərdəarxası - XÜLASƏ

Maştağada müalicə alan xəstələr qaçıb? | Onkologiya Mərkəzindəki partlayışın pərdəarxası - XÜLASƏ

Cəmiyyət
03 мая 2026 53 просмотров
İçərişəhərdə qala divarının uçan hissəsi bərpa edilir - Baku TV

İçərişəhərdə qala divarının uçan hissəsi bərpa edilir - Baku TV

Cəmiyyət
03 мая 2026 53 просмотров
Həftənin ilk günlərinin havası necə olacaq? | Qurumdan məlumat - Baku TV

Həftənin ilk günlərinin havası necə olacaq? | Qurumdan məlumat - Baku TV

Cəmiyyət
03 мая 2026 53 просмотров
Pasiyentlər Maştağadakı Psixiatriya Xəstəxanasından qaçıb? - Baku TV

Pasiyentlər Maştağadakı Psixiatriya Xəstəxanasından qaçıb? - Baku TV

Cəmiyyət
03 мая 2026 53 просмотров
Türkiyə və Gürcüstan din xadimləri Naxçıvanda - Baku TV

Türkiyə və Gürcüstan din xadimləri Naxçıvanda - Baku TV

Cəmiyyət
03 мая 2026 53 просмотров
"Bakı Marafonu 2026" qaliblərinin adları açıqlandı - Baku TV CANLI

"Bakı Marafonu 2026" qaliblərinin adları açıqlandı - Baku TV CANLI

Cəmiyyət
03 мая 2026 53 просмотров
Dövlət İmtahan Mərkəzi məlumat yaydı - Baku TV CANLI

Dövlət İmtahan Mərkəzi məlumat yaydı - Baku TV CANLI

Cəmiyyət
03 мая 2026 53 просмотров
Yol kənarında park edilən yük avtomobilləri sakinlərin səbrini daşırdı - Baku TV

Yol kənarında park edilən yük avtomobilləri sakinlərin səbrini daşırdı - Baku TV

Cəmiyyət
03 мая 2026 53 просмотров
Qanda şəkərin səviyyəsi kəskin şəkildə arta bilər

Qanda şəkərin səviyyəsi kəskin şəkildə arta bilər

Cəmiyyət
03 мая 2026 53 просмотров
Выбранные
icon