Cəmiyyət
Выбрать плеер:
Sakinlərin sovqatı ilə yaşayan "Şaxta Baba" | Yaxşı imkanım var idi...
Yeni ildə hər kəs bayramı ailəsi ilə qeyd etsə də, paytaxtın Həsən bəy Zərdabi küçəsində olan “Şaxta baba” doğmalarından ayrıdır.
“Şaxta baba”nın sözlərinə görə, ailəsi ilə yaşadığı problemlər səbəbindən onlardan uzaqlaşıb.
“Ailəm mənim üçün yoxa bərabərdir. Onların naxələfliyini, insafsızlığını görmüşəm. Məni onlar bu günə qoydu. Çox adama dərdimi deyə bilmirəm. Kimsə nəsə soruşanda “yaxşıyam” deyirəm”, – o söyləyib.
Sözügedən ərazidəki yaşayış kompleksində olan ailələr, uşaqlar isə ona yardım edirlər.
“Şaxta baba”nı tək qoymuruq, uşaqlar onunla şəkil çəkdirir, oynayırlar. O, könlümüzü açır, insanlarla yaxşı ünsiyyət qurur, mehribandır”, – deyə sakinlər “Şaxta baba” ilə bağlı təəssüratlarını Baku TV ilə bölüşüblər.
Скопировано
Выбранные