Выбрать плеер:

Səbaildə mübahisəli ərazi | "Əcəb edib tikib" | Yol zəbt olunub, yoxsa evin sərhədidir? - Baku TV

29 августа 2026 43 просмотров

Səbail rayonunun Badamdar qəsəbəsində sakin qonşusundan şikayətçidir.

Dostluq küçəsi, 86 ünvanında yaşayan sakin Baku TV-nin qaynar xəttinə müraciət edərək qonşusunun yolu zəbt etdiyini və evinin divarına qanunsuz müdaxilə göstərdiyini iddia edib. Onun sözlərinə görə, məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsə də, problem həllini tapmayıb.

Şikayətçi bildirib ki, məsələ ilə bağlı məhkəməyə də müraciət edib. Lakin ərazinin onun torpaq sahəsinə daxil olmadığı əsas gətirilərək iddiası təmin edilməyib.

“Ərazi birbaşa mənim evimin sərhədidir. Orada hasar yoxdur və divar isə mənim evimə məxsusdur. Evimin divarında söküntü işləri aparılıb, müxtəlif materiallarla üzlənib. Buna heç bir icazə verməmişəm”, – deyə o əlavə edib.

Məsələ ilə bağlı qarşı tərəf isə səsləndirilən iddiaları əsassız hesab edir. Onun sözlərinə görə, şikayətçi bu iddialardan istifadə edərək onları şantaj edir. O, həmçinin Səbail Rayon Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi tərəfindən məsələ ilə bağlı müvafiq qətnamələrin qəbul edildiyini bildirib.

Səbail Rayon İcra Hakimiyyətindən isə qeyd edilib ki, məsələnin araşdırılması məqsədilə aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib. Araşdırma zamanı sözügedən ünvana yerində baxış keçirilib. İcra hakimiyyətinin məlumatına görə, baxış zamanı hər hansı torpaq zəbtinin və keçid meydançasının qanunsuz bağlanması faktı aşkar edilməyib. Bildirilib ki, ünvan nəzarətə götürülüb.

"Deyirlər ki, sən sağlamsan" | Sağlamlıqla bağlı sənədlər təqdim edilib, qərar isə... - Baku TV

"Deyirlər ki, sən sağlamsan" | Sağlamlıqla bağlı sənədlər təqdim edilib, qərar isə... - Baku TV

Cəmiyyət
29 августа 2026 43 просмотров
"Kupça" yoxdur, abonentlik yoxdur | "Biz havada yaşayırıq" | Sakinlərin qeydiyyat problemi - Baku TV

"Kupça" yoxdur, abonentlik yoxdur | "Biz havada yaşayırıq" | Sakinlərin qeydiyyat problemi - Baku TV

Cəmiyyət
29 августа 2026 43 просмотров
DYP sürücülərə xəbərdarlıq etdi: yağışlı və küləkli havada risk artır - Baku TV CANLI

DYP sürücülərə xəbərdarlıq etdi: yağışlı və küləkli havada risk artır - Baku TV CANLI

Cəmiyyət
29 августа 2026 43 просмотров
2030-cu il üçün böyük turizm hədəfi | 12 milyard manata çatmaq mümkündür? - Baku TV

2030-cu il üçün böyük turizm hədəfi | 12 milyard manata çatmaq mümkündür? - Baku TV

Cəmiyyət
29 августа 2026 43 просмотров
Azərbaycanda turizmin inkişafına dair Dövlət Proqramı təsdiq edildi - Baku TV CANLI

Azərbaycanda turizmin inkişafına dair Dövlət Proqramı təsdiq edildi - Baku TV CANLI

Cəmiyyət
29 августа 2026 43 просмотров
Qısa təmasla yoluxma riski: Ev heyvanınız fərqinə varmadan infeksiya mənbəyinə çevrilə bilər?

Qısa təmasla yoluxma riski: Ev heyvanınız fərqinə varmadan infeksiya mənbəyinə çevrilə bilər?

Cəmiyyət
29 августа 2026 43 просмотров
Yüksək balla ali məktəbə qəbul olmuş məzunlar təltif edildi - Baku TV

Yüksək balla ali məktəbə qəbul olmuş məzunlar təltif edildi - Baku TV

Cəmiyyət
28 августа 2026 43 просмотров
Qubada yük avtomobilləri sakinləri təhlükəyə atır? - Baku TV

Qubada yük avtomobilləri sakinləri təhlükəyə atır? - Baku TV

Cəmiyyət
28 августа 2026 43 просмотров
“Çıxanda 1 yaşım var idi...” | Cəbrayıl sakinlərinin sevinc dolu günü - Baku TV

“Çıxanda 1 yaşım var idi...” | Cəbrayıl sakinlərinin sevinc dolu günü - Baku TV

Cəmiyyət
28 августа 2026 43 просмотров
Vətəndaşları narahat edən mövzu | "Şeytan çarxı" bu havada risklidir? - Baku TV

Vətəndaşları narahat edən mövzu | "Şeytan çarxı" bu havada risklidir? - Baku TV

Cəmiyyət
28 августа 2026 43 просмотров
Выбранные
icon