Cəmiyyət
Выбрать плеер:
Səhərə kimi iydən heç kim yatmayıb | Masazırın zibillik problemi niyə həll olunmur?
Masazır qəsəbəsinin Abşeron küçəsində yaşayan sakinlər məişət tullantılarının vaxtlı-vaxtında daşınmamasından şikayətlənirlər.
Onlar iddia edirlər ki, tullantılar günlərlə qalaqlanaraq ərazidəki konteynerlərdə qalır.
“Zibili yandırdıqları üçün səhərə kimi iydən heç kim yatmayıb. Özümüz su daşıyıb söndürmüşük ki, heç olmasa tüstü olmasın. Qapı-qapı düşüb zibil pulu yığırlar, amma yenə də tullantılar daşınmır”, – deyə sakin Kamil Musayev narazılıq bildirib.
Konteynerlərin ətrafında yaranan antisanitar vəziyyət sahibsiz itlərin də əraziyə toplaşmasına səbəb olur.
“Zibil atanda it gəlib ayağımı dişlədi. Keçən dəfə isə bir xalaya cumub, onu yerə yıxmışdı. Ətrafdakılar gəlib kömək etdilər”, – sakin Rəmzi Rüstəmzadə deyib.
Скопировано
Выбранные