Выбрать плеер:
Sertifikasiyadan keçmiş müəllimlərin maaşlarına əlavələr niyə ödənməyib?
“Bəzi kənd məktəblərində müəyyən fənlər, xüsusilə musiqi və təsviri incəsənət üzrə müəllim çatışmazlığı mövcuddur”.
Bu sözləri jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.
“Əslində, müəllimlərimiz var, sadəcə, kənd məktəblərində dərs saatları az olduğu üçün həmin təhsil müəssisələrində çalışmaq onlara iqtisadi cəhətdən fayda vermir. Ona görə kənd məktəblərinə yaxşı müəllim göndərmək bir qədər çətindir”, – nazir əlavə edib.
O bildirib ki, bu problemi həll etmək üçün mövcud metodologiyanı dəyişmək lazımdır: “Yəni saathesabı maaş sistemindən uzaqlaşmalıyıq”.
Скопировано
