Şorbanı dadsız edən 7 səhv | Ət və tərəvəzi eyni anda qoysanız…
Şorba xüsusilə sağlam qidalanmağa və formanı qorumağa çalışanlar arasında ən məşhur yeməklərdən biridir.
Yeməyin dadını pozan səhvlər mövcuddur. Onlardan birincisi, bulyonun düzgün bişirilməməsidir. Ən çox yayılmış səhvlərdən biri bulyon bişirərkən çox istilikdən istifadə etməkdir.
İkinci səhv kimi köpüyün çıxarılmasına etinasızlıq göstərilir. Ət bulyonunu bişirərkən laxtalanmış zülaldan köpük əmələ gəlir. Çıxarılmadıqda şorbaya xoşagəlməz bir dad verə bilər.
Bütün inqrediyentlərin bir anda əlavə edilməsi üçüncü yanlış sayılır. Ət, tərəvəz və ədviyyatları tavaya eyni vaxtda qoysanız, inqrediyentlərin bəziləri az, bəziləri isə çox bişmiş olacaq.
Dördüncü səhv çox tez bişirməkdir. Tərəvəzləri qızartmamaq 5-ci səhvdir. Çünki tərəvəzləri qovurmaq zəruri addım olmasa da, şorbanın dadını əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Yerkökü, soğan və digər tərəvəzləri yüngülcə qızartmaq onların dadını açır və sonrakı bişirmə vaxtını azaldır.
Altıncı yanlış ədviyyat və duzun həddindən artıq istifadəsidir. Yeddinci yanlış qərar soyuq inqrediyentlərin əlavə edilməsidir. Çünki temperatur balansı pozulur, bu da yeməyin dadına təsir edir.