Выбрать плеер:
Taksilərin sayı azalır, bəs keyfiyyət artacaq? | Ekspert şərh etdi
Nazirlər Kabineti (NK) Bakı şəhərinin inzibati ərazisi üzrə taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün verilən icazələrin sayına məhdudiyyət tətbiq edib. Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, Bakıda taksi fəaliyyəti üçün icazələrin yuxarı həddi 25 min müəyyən edilib. Qərar noyabrın 1-dən qüvvəyə minir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi hər il yeni limitlə bağlı təkliflər hazırlamalıdır. Ekspertlər taksilərin sayının bu cür kəskin azalmasının xidmətin keyfiyyətini artırıb-artırmayacağı ilə bağlı müzakirələr aparırlar.
Скопировано
