Выбрать плеер:

Tanınmış brendlər elektromobillərə niyə "yox" dedi? | "Çin öz xeyrinə olanı edəcək" - Baku TV

25 марта 2026 177 просмотров

Elektrikli avtomobillər bir zamanlar gələcəyin əsas nəqliyyat vasitələri kimi təqdim olunsa da, bəzi iri şirkətlər artıq elektriklə çalışan avtomobil istehsalından imtina etmək qərarına gəlib.

Səbəb tələbatın gözləniləndən aşağı, xərclərin isə yüksək olmasıdır. Mütəxəssislər deyirlər ki, bu, Çin bazarının yürütdüyü növbəti strategiyadır.

Avtobloger Araz Mübarizoğlu bildirib ki, dünya üzrə elektrik batareyalarının əsas istehsalçısı məhz Çindir:

“Dünyanı elektrik batareyaları ilə təmin edən böyük bir ölkə var – bu da Çindir. CATL, BYD kimi iri şirkətlər “Mercedes” də daxil olmaqla bir çox məşhur brendlərə batareyalar satır. Ümumilikdə istehsalın təxminən 60-70 faizi Çinin payına düşür.

Son illərdə Avropa və Amerika şirkətləri də görür ki, Çin artıq bu sahədə üstünlük qazanıb. Çin öz modelləri üçün batareyaları daha ucuz qiymətə istehsal edir. Daxili bazar üçün daha ucuz başa gələn məhsul xarici bazarlara daha yüksək qiymətə təqdim olunur. Bu isə digər istehsalçıları alternativ olaraq daxili yanma mühərrikli avtomobillərə üstünlük verməyə sövq edir”.

Qeyd edək ki, son illərdə ölkəmizdə də elektrikli avtomobillərə tələbat azalıb. Bu ilin yanvar-fevral aylarında Azərbaycana xaricdən 204 ədəd yalnız elektrik mühərriklə işləyən nəqliyyat vasitəsi gətirilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 105 ədəd və ya 34 %, dəyər ifadəsi ilə isə 3,3 milyon ABŞ dolları və ya 2,4 faiz azdır.

Скопировано
“Nə maaş vermək fikirləri var, nə də...” | İşçilər niyə çıxılmaz duruma salınıb? - Baku TV

“Nə maaş vermək fikirləri var, nə də...” | İşçilər niyə çıxılmaz duruma salınıb? - Baku TV

Cəmiyyət
28 мая 2026 177 просмотров
Milli Hidrometeorologiya Xidmətindən hava barədə xəbərdarlıq - Baku TV CANLI

Milli Hidrometeorologiya Xidmətindən hava barədə xəbərdarlıq - Baku TV CANLI

Cəmiyyət
28 мая 2026 177 просмотров
“Bunları yeyərkən diqqətli olun” | Qiyməti əl yandıran bu çiyələk zərərlidir, yoxsa...? - Baku TV

“Bunları yeyərkən diqqətli olun” | Qiyməti əl yandıran bu çiyələk zərərlidir, yoxsa...? - Baku TV

Cəmiyyət
28 мая 2026 177 просмотров
“Ucuz olan təkcə budur” | Balıq bazarında qiymətlər daha da əl yandıracaq? - Baku TV

“Ucuz olan təkcə budur” | Balıq bazarında qiymətlər daha da əl yandıracaq? - Baku TV

Cəmiyyət
28 мая 2026 177 просмотров
Tarixi missiyanı həyata keçirmiş gəncəlilər | “O, tək-tük siyasi xadimlərdəndir ki...” - Baku TV

Tarixi missiyanı həyata keçirmiş gəncəlilər | “O, tək-tük siyasi xadimlərdəndir ki...” - Baku TV

Cəmiyyət
28 мая 2026 177 просмотров
Məktəblərdə “Enerji səmərəliliyi aylığı” kampaniyası başa çatıb - Baku TV

Məktəblərdə “Enerji səmərəliliyi aylığı” kampaniyası başa çatıb - Baku TV

Cəmiyyət
28 мая 2026 177 просмотров
Müstəqillik tariximiz 108 il ərzində qazanılan qələbələrlə yeni yüksək mərhələyə ucaldı - Baku TV

Müstəqillik tariximiz 108 il ərzində qazanılan qələbələrlə yeni yüksək mərhələyə ucaldı - Baku TV

Cəmiyyət
28 мая 2026 177 просмотров
“Qurbanı təklif edən Qabil olub” | İslam əxlaq anlayışını necə dəyişdirdi? - AMİN

“Qurbanı təklif edən Qabil olub” | İslam əxlaq anlayışını necə dəyişdirdi? - AMİN

Cəmiyyət
27 мая 2026 177 просмотров
Minlərlə məzun işsiz qalır: Ali təhsil sistemi harada səhv edir? - AKTUAL GÜNDƏM

Minlərlə məzun işsiz qalır: Ali təhsil sistemi harada səhv edir? - AKTUAL GÜNDƏM

Cəmiyyət
27 мая 2026 177 просмотров
Vətəndaşla tikinti şirkəti arasında qalmaqalın pərdəarxası səbəbləri üzə çıxdı - Baku TV

Vətəndaşla tikinti şirkəti arasında qalmaqalın pərdəarxası səbəbləri üzə çıxdı - Baku TV

Cəmiyyət
27 мая 2026 177 просмотров
Выбранные
icon