Выбрать плеер:
Tarixi Niyal qalasında qanunsuz qazıntı işləri aparan şəxslər kimlərdir? - Baku TV
Baku TV-nin cəmiyyət bölməsində İsmayıllı rayonunun Lahıc qəsəbəsi yaxınlığında yerləşən, IX-XII əsrlərə aid ölkə əhəmiyyətli arxeoloji abidə olan Niyal qalasında aparılan qanunsuz qazıntı işləri və bu cinayəti törədən şəxslər barədə araşdırma təqdim olunur. Süjetdə bildirilir ki, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nəzarət tədbirləri nəticəsində qalanın Qərb bürcü ərazisində qabaqcadan əlbir olaraq dəfinə axtaran şəxslər müəyyən edilib. Araşdırmalar zamanı Namiq Şahmalıyev və Sabit Novruzovun qanunsuz qazıntılar apararaq tarixi abidəyə, xüsusilə qala divarlarına və müşahidə məntəqəsinə ciddi ziyan vurduqları aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb və məsələ hazırda məhkəmə müstəvisində həll olunur.
Скопировано
