Cəmiyyət
Выбрать плеер:

Türk döyüşçülərin sirri ortaya çıxdı | Atın quyruğu necə döyüş bayrağına çevrildi?

13 ноября 2024

Qədim türk adətlərinə görə, döyüşə girən əsgərlər atlarının quyruğunu düyünləyirdilər. Bu həm də igidlik simvolu sayılırdı.

Atın quyruğunu düyünləyirdilər ki, döyüş vaxtı ora-bura ilişib hərəkətini məhdudlaşdırmasın. Quyruğuna düyün vurulan at anlayırdı ki, o döyüşə hazırlanır və buna görə də meydana girəndə ürkmürdü. Döyüşçü döyüşdə həlak olurdusa, onun atının quyruğunu öz nizəsinin ucuna keçirib məzarı üstünə basdırardılar. Məzarı görən hər kəs orada bir qəhrəmanın uyuduğunu anlayardı.

Zaman içində türklər nizəyə keçirilmiş at quyruğunu tuğ deyə özləri ilə savaşa aparmağa başladılar. Bu, əsgərin ölümə hazır olması anlamını verirdi. Tuğ eyni zamanda qəhrəman döyüşçünün öldürdüyü düşmən əsgərlərinə də işarə idi. Bəzən əsgərlər öldürdükləri əsgərlərin atlarının quyruğunu öz dəbilqələrinə və ya nizələrinə taxardılar.

Sonralar at quyruğunu xüsusi iplərlə əvəz etdilər və bu döyüş bayrağı rəmzinə çevrildi. Tuğ, toğ və ya tuk türk və Altay xalqlarının dövlət ənənəsində suverenlik rəmzidir. Monqollar buna çəkmə deyirlər. Uğur və bərəkət əlaməti kimi istifadə olunur. Bəzən müharibə, itaətsizlik və üsyan arzusunun simvolu kimi istifadə olunurdu.

Əvvəllər bayraq üzərində asıldığı halda, sonralar xüsusi olaraq doqquz qollu mizrağın ucundan asılmağa başlandı. Türklərin doqquz tuğ adəti doqquz rəqəminin müqəddəsliyini, səmadakı doqquz planeti təmsil edir. Türklərin dünya anlayışında göy doqquz qat, yer isə doqquz bölgəyə bölünür.

Скопировано
COP29-un ikinci günü neçə sərnişin ünvana çatdırıldı? | AYNA-nın sözçüsündən açıqlama

COP29-un ikinci günü neçə sərnişin ünvana çatdırıldı? | AYNA-nın sözçüsündən açıqlama

Cəmiyyət
13 ноября 2024
Böyrək daşlarından necə azad olaq? - Gün ərzində 6 qramdan çox...

Böyrək daşlarından necə azad olaq? - Gün ərzində 6 qramdan çox...

Cəmiyyət
13 ноября 2024
Tədbir məkanında xüsusi marşrutlar üzrə avtobuslar fəaliyyət göstərir | Detallar açıqlandı

Tədbir məkanında xüsusi marşrutlar üzrə avtobuslar fəaliyyət göstərir | Detallar açıqlandı

Cəmiyyət
13 ноября 2024
Ev heyvanlarının bu hərəkəti ondan xəbər verir ki... | Heyvan da insan kimi qısqanır?

Ev heyvanlarının bu hərəkəti ondan xəbər verir ki... | Heyvan da insan kimi qısqanır?

Cəmiyyət
13 ноября 2024
Önəmsəmədiyiniz bu əlamətlər sizi ölümə aparır | Həkimlərdən bilinməyən məlumatlar

Önəmsəmədiyiniz bu əlamətlər sizi ölümə aparır | Həkimlərdən bilinməyən məlumatlar

Cəmiyyət
13 ноября 2024
Ailənizin uzunömürlü olmağını istəyirsinizsə, mütləq bunlara əməl edin!

Ailənizin uzunömürlü olmağını istəyirsinizsə, mütləq bunlara əməl edin!

Cəmiyyət
13 ноября 2024
Yeni xətlənmədən sonra elə vəziyyət yarandı ki... | Bu küçədə ehtiyatlı olun! - NECƏ OLMALIDIR?

Yeni xətlənmədən sonra elə vəziyyət yarandı ki... | Bu küçədə ehtiyatlı olun! - NECƏ OLMALIDIR?

Cəmiyyət
13 ноября 2024
Xankəndidə istifadəyə verilən yeni fabrikdən görüntülər

Xankəndidə istifadəyə verilən yeni fabrikdən görüntülər

Cəmiyyət
13 ноября 2024
Ronaldinyo Bakıda kimsəsiz uşaqları sevindirdi | Hədiyyələri həmişəlik saxlayacağıq!

Ronaldinyo Bakıda kimsəsiz uşaqları sevindirdi | Hədiyyələri həmişəlik saxlayacağıq!

Cəmiyyət
13 ноября 2024
Məşhur futbolçu Ronaldinyo COP29 məkanındakı pavilyonları ziyarət etdi

Məşhur futbolçu Ronaldinyo COP29 məkanındakı pavilyonları ziyarət etdi

Cəmiyyət
13 ноября 2024
Выбранные
icon