Ukraynada insanların təxliyəsi ilə məşğul olan cəsur azərbaycanlı | Xilasedicinin təəssüratları
Ukraynanın Donetsk vilayətində həmyerlimiz Elşad Nuruşov humanitar missiya ilə məşğuldur.
Belə ki, o, adıçəkilən vilayətdə ağır döyüşlərin getdiyi şəhər və qəsəbələrdən insanları, heyvanları təxliyə edir.
E.Nuruşov bildirib ki, hər gün ən azı 5-6 nəfəri yaşadıqları yerdən təxliyə edirlər:
“20 ilə yaxındır ki, Ukraynada yaşayıram. Donetsk vilayətində çoxlu şəhər və qəsəbələr mühasirəyə düşdüyü üçün mülki şəxslərin təxliyəsi ilə məşğuluq. Bu zaman biz də həyatımızı riskə atırıq, hər gün ölümlə üz-üzəyik”.
“Burada mağazada işləyirdim. Gecə tanışımın zirzəmisində qalıb, növbəti gün Dobropolye şəhərinə gedəcəyəm. İtim burada qalmışdı, çox sağ olsun, bu oğlan onu xilas edir. Müharibə başlayandan yaşadığımız yerdən çoxlu insanlar gedib. Vəziyyət getdikcə daha çox təhlükəli olur”, – deyə şəhər sakini Svetlana Yaroslavna söyləyib.
Qeyd edək ki, hazırda Ukraynanın Donetsk vilayətinin Dnepropetrovsk vilayəti ilə sərhəd məntəqələrində ağır döyüşlər başlayıb.