Выбрать плеер:

Valideynlər üçün səssiz təhlükə | Azyaşlıları bu oyunlardan necə qoruyaq? - Baku TV

03 декабря 2025 369 просмотров

Bir zamanların qorxulu röyası yenidən geri dönür?

Söhbət “Mavi balina”dan gedir. Bəlkə də, əslində, heç aramızdan ayrılmamışdı, sadəcə, qurbanlarını bir-bir seçirdi.

Binəqədidə baş verən son hadisə bu mövzunu yenidən aktuallaşdırıb.

Bəs hər kəsin qorxduğu “Mavi balina” oyunu nədir və övladlarımızı ondan necə qoruya bilərik?

Psixoloq Aygül Məlikovanın sözlərinə görə, yalnız “Mavi balina” deyil, digər onlayn oyunlar da uşaqlar üçün ciddi risk yaradır:

“Qarşı tərəfdə kimin əyləşdiyini bilmədiyimiz üçün onların uşaqları manipulyasiya etməsi mümkündür. Bu yönləndirmələr əsasən davranışlara, ailəyə qarşı münasibətə təsir edir. Uşaqlar valideynləri haqqında yanlış təsəvvürlərə düşə, özlərinə müxtəlif formalarda zərər verə bilərlər. Əgər uşaq özünə qapanırsa, ailə üzvləri ilə ünsiyyəti azdırsa, fikirləri daha çox neqativə yönəlirsə, məsələn, “mən lazımsızam”, “məni heç kim sevmir”, “mən günahkaram” kimi düşüncələri varsa, valideyn bunu mütləq şəkildə ciddi siqnal kimi qəbul etməlidir”.

Qeyd edək ki, sözügedən oyun ilk dəfə 2013-cü ildə “VKontakte” sosial şəbəkəsində “F57” adlı qrupda yayılmağa başlayıb. Oyunu universitetdən qovulmuş keçmiş psixologiya tələbəsi Filip Budeykinin yazdığı güman edilir.

İddialara görə, oyun 50 təlimatdan ibarətdir. Manipulyasiya edilən uşaqlar 49 tapşırıq nəticəsində psixoloji və fiziki ziyana məruz qalırlar. 50-ci gün isə final tapşırıq “balina olmaq” adlanır və oyunçuya qurban olmaq əmr edilir.

Mütəxəssislər nəinki “Mavi balina”, buna oxşar mövcud digər oyunlardan uşaqları qorumaq üçün mütləq onlarla daimi söhbət aparmağı və telefonlarını, mesaj bölmələrini tez-tez nəzarətdə saxlamağı məsləhət görürlər.

Скопировано
“Ateistdən bunu soruşun, Quran 2 kəlmə ilə deyir ki...” - İnsanın imana gəlişinə maneə nədir? - AMİN

“Ateistdən bunu soruşun, Quran 2 kəlmə ilə deyir ki...” - İnsanın imana gəlişinə maneə nədir? - AMİN

Cəmiyyət
01 апреля 2026 369 просмотров
"Bunları etmək stresi azaldır" | Bayramdan sonra işə necə adaptasiya olaq? - Baku TV

"Bunları etmək stresi azaldır" | Bayramdan sonra işə necə adaptasiya olaq? - Baku TV

Cəmiyyət
01 апреля 2026 369 просмотров
“Nargin. Sona qədər sirli” filminin nümayişi baş tutdu

“Nargin. Sona qədər sirli” filminin nümayişi baş tutdu

Cəmiyyət
01 апреля 2026 369 просмотров
"Elə bil ki, ömrüm artıb" | Zabux kəndinin sakini Prezidentlə söhbətindən danışdı - Baku TV

"Elə bil ki, ömrüm artıb" | Zabux kəndinin sakini Prezidentlə söhbətindən danışdı - Baku TV

Cəmiyyət
01 апреля 2026 369 просмотров
“Peyvənddən sonra belə oldu” | Ağır xəstəlikdən əziyyət çəkən Könülün anası imdad dilədi - Baku TV

“Peyvənddən sonra belə oldu” | Ağır xəstəlikdən əziyyət çəkən Könülün anası imdad dilədi - Baku TV

Cəmiyyət
01 апреля 2026 369 просмотров
"Instagram"ın ən böyük xəbər səhifələrindən olan BAKU.WS rekorda imza atdı - Baku TV

"Instagram"ın ən böyük xəbər səhifələrindən olan BAKU.WS rekorda imza atdı - Baku TV

Cəmiyyət
01 апреля 2026 369 просмотров
Tarixi nəticələrə imza atan “Baku TV” reytinqlərdə növbəti uğura nail oldu - Baku TV

Tarixi nəticələrə imza atan “Baku TV” reytinqlərdə növbəti uğura nail oldu - Baku TV

Cəmiyyət
01 апреля 2026 369 просмотров
Kəlbəcər-Laçın tunelindəki qətliamın şahidləri "Baku TV"yə danışdı - Baku TV

Kəlbəcər-Laçın tunelindəki qətliamın şahidləri "Baku TV"yə danışdı - Baku TV

Cəmiyyət
31 марта 2026 369 просмотров
Quba Soyqırımı Memorial Kompleksini minlərlə vətəndaş ziyarət edib - Baku TV

Quba Soyqırımı Memorial Kompleksini minlərlə vətəndaş ziyarət edib - Baku TV

Cəmiyyət
31 марта 2026 369 просмотров
Üç ayda 9 medal qazanan şagirdin uğur hekayəsi - Baku TV

Üç ayda 9 medal qazanan şagirdin uğur hekayəsi - Baku TV

Cəmiyyət
31 марта 2026 369 просмотров
Выбранные
icon