Cəmiyyət
Выбрать плеер:

Vallah, bizlik deyil... | Sakinlərin ev arzusunu ürəyində qoyan MTK-dan gülünc cavab

03 октября 2024

Nizami rayonu, Əliağa Kürçaylı, 70A ünvanında yaşayan sakinlər 6 il öncə yeni ev aldığı üçün sevinsələr də, xoşbəxtlikləri uzun çəkməyib.

Çünki nə etsələr də, Mənzil Tikinti Kooperativindən çıxarış ala bilməyiblər.

Onların sözlərinə görə, buna səbəb layihədə 16 mərtəbə nəzərdə tutulan binanın 17 mərtəbəli tikilməsidir:

“300-ə yaxın mənzildir, 600-dən çox sakin var. Sakinlər uşaqlarını yaxınlıqdakı bağçaya, məktəbə qeydiyyata sala bilmirlər. Bina qeydiyyatda olmadığı üçün sakinlər səsvermədə iştirak edə bilmirlər, heç bildiriş də verilmir. Dəfələrlə şifahi və yazılı şəkildə bəzi qurumlara müraciət etmişik, hələ ki heç birinin nəticəsini görməmişik”.

Problem ilə əlaqədar sözügedən Mənzil Tikinti Kooperativindən və Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, məsələ onların səlahiyyətləri çərçivəsində deyil.

Bəs görəsən bu halda qanun nə deyir?

Hüquqşünas Hikmət Əliyevin sözlərinə görə, mənzillərin çıxarışının verilməsi Bakı Şəhəri İcra Hakimiyyətinin yox, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin səlahiyyətindədir:

“Mənzil alan vətəndaşlar ilk olaraq MTK-nın inşa etdiyi binanın müvafiq dövlət qurumu tərəfindən istismara qəbul edilib-edilməməsini, yəni istismara qəbul aktının olub-olmamasını dəqiqləşdirməlidir. Əgər bina istismara qəbul edilibsə, Dövlət Reyestrindən çıxarış almaq üçün mənzilin verilməsi barədə MTK üzvlərinin ümumi yığıncağının qərarı tələb olunur.

MTK tərəfindən tələb olunan sənədlər vətəndaşa təqdim edilmədikdə, sənədlərin siyahısı qeyri-dəqiq olduqda bu zaman Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti çıxarışın verilməsindən imtina edir. Belə olan halda vətəndaşlar məhkəmədə iddia qaldırmaqla çıxarışın alınmasına nail ola bilərlər”.

Скопировано
Direktorların işə qəbulu üzrə imtahan | MÜTDA-nın əməkdaşı detalları açıqladı

Direktorların işə qəbulu üzrə imtahan | MÜTDA-nın əməkdaşı detalları açıqladı

Cəmiyyət
21 декабря 2024
Məktəbəqədər təhsil müəssisələrində direktor olmaq istəyənlər imtahan verdi

Məktəbəqədər təhsil müəssisələrində direktor olmaq istəyənlər imtahan verdi

Cəmiyyət
21 декабря 2024
Bananı hansı halda yemək lazımdır ? | Ləkələr ona görə yaranır ki...

Bananı hansı halda yemək lazımdır ? | Ləkələr ona görə yaranır ki...

Cəmiyyət
21 декабря 2024
FHN bu yanacaqdoldurma məntəqələrinin fəaliyyətini niyə dayandırdı?

FHN bu yanacaqdoldurma məntəqələrinin fəaliyyətini niyə dayandırdı?

Cəmiyyət
21 декабря 2024
Bayram günlərində bizi hansı təhlükə gözləyir? | BDYPİ-dən müraciət

Bayram günlərində bizi hansı təhlükə gözləyir? | BDYPİ-dən müraciət

Cəmiyyət
21 декабря 2024
Burada elə şərait qurulub ki... | Daşkəsənin əsas istirahət zonasından reportaj

Burada elə şərait qurulub ki... | Daşkəsənin əsas istirahət zonasından reportaj

Cəmiyyət
21 декабря 2024
Ordumuz mümkünsüzü mümkün etdi | Şuşaya yola salınan ailələr duyğularını bölüşdü

Ordumuz mümkünsüzü mümkün etdi | Şuşaya yola salınan ailələr duyğularını bölüşdü

Cəmiyyət
21 декабря 2024
Şuşa şəhərinə növbəti köç karvanı yola salındı

Şuşa şəhərinə növbəti köç karvanı yola salındı

Cəmiyyət
21 декабря 2024
Mütəxəssislər hansı xalq təbabəti üsullarını tövsiyə edir?

Mütəxəssislər hansı xalq təbabəti üsullarını tövsiyə edir?

Cəmiyyət
21 декабря 2024
Bakı İdman Sarayında keçirilən festivalda bir ilk yaşandı | Bəy və gəlin təəssüratlarını bölüşdü

Bakı İdman Sarayında keçirilən festivalda bir ilk yaşandı | Bəy və gəlin təəssüratlarını bölüşdü

Cəmiyyət
21 декабря 2024
Выбранные
icon