Cəmiyyət
Выбрать плеер:

FHN bu yanacaqdoldurma məntəqələrinin fəaliyyətini niyə dayandırdı?

21 декабря 2024

Azərbaycanın iki rayonunda yanacaqdoldurma məntəqələrinin fəaliyyəti dayandırılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

“Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Balakən rayonu, Poştbinə kəndində yerləşən “İFN” MMC-yə və Qax rayonu, Qorağan kəndində yerləşən Fərid Vaqif oğlu Quliyevə məxsus yanacaqdoldurma məntəqələrində keçirilən yoxlamalar zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Belə ki, elektrik təsərrüfatı “Elektrik qurğularının quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb, obyektlər avtomatik yanğın xəbərverici siqnalizasiya sistemi və ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməyiblər, obyektlərin ərazisi yanar tullantılardan təmizlənməyib, obyektlər “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta olunmayıb.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektlərin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş yanacaqdoldurma məntəqələrinin fəaliyyətinin dayandırılması barədə qərarlar qəbul olunub və qərarların bir nüsxəsi obyekt nümayəndəsinə təqdim edilib”, – deyə məlumatda bildirilir.

Скопировано
Qəhvə bədənə zərərli siqnallar ötürür? - Alimlərdən heyrətləndirən araşdırma

Qəhvə bədənə zərərli siqnallar ötürür? - Alimlərdən heyrətləndirən araşdırma

Cəmiyyət
21 декабря 2024
Ukraynada insanların təxliyəsi ilə məşğul olan cəsur azərbaycanlı | Xilasedicinin təəssüratları

Ukraynada insanların təxliyəsi ilə məşğul olan cəsur azərbaycanlı | Xilasedicinin təəssüratları

Cəmiyyət
21 декабря 2024
Bu gün ilin ən qısa gündüzü və uzun gecəsidir | Azərbaycana qış gəldi

Bu gün ilin ən qısa gündüzü və uzun gecəsidir | Azərbaycana qış gəldi

Cəmiyyət
21 декабря 2024
Qiymətləndiricilər Palatasının ilk iclası keçirildi | Hansı məsələlər müzakirə edildi?

Qiymətləndiricilər Palatasının ilk iclası keçirildi | Hansı məsələlər müzakirə edildi?

Cəmiyyət
21 декабря 2024
Şəkər xəstələri ağırlaşmaların olmaması üçün nə etməlidir? - Diabetik ayağın əlamətləri - BAKU MED

Şəkər xəstələri ağırlaşmaların olmaması üçün nə etməlidir? - Diabetik ayağın əlamətləri - BAKU MED

Cəmiyyət
21 декабря 2024
Direktorların işə qəbulu üzrə imtahan | MÜTDA-nın əməkdaşı detalları açıqladı

Direktorların işə qəbulu üzrə imtahan | MÜTDA-nın əməkdaşı detalları açıqladı

Cəmiyyət
21 декабря 2024
Məktəbəqədər təhsil müəssisələrində direktor olmaq istəyənlər imtahan verdi

Məktəbəqədər təhsil müəssisələrində direktor olmaq istəyənlər imtahan verdi

Cəmiyyət
21 декабря 2024
Bananı hansı halda yemək lazımdır ? | Ləkələr ona görə yaranır ki...

Bananı hansı halda yemək lazımdır ? | Ləkələr ona görə yaranır ki...

Cəmiyyət
21 декабря 2024
Bayram günlərində bizi hansı təhlükə gözləyir? | BDYPİ-dən müraciət

Bayram günlərində bizi hansı təhlükə gözləyir? | BDYPİ-dən müraciət

Cəmiyyət
21 декабря 2024
Burada elə şərait qurulub ki... | Daşkəsənin əsas istirahət zonasından reportaj

Burada elə şərait qurulub ki... | Daşkəsənin əsas istirahət zonasından reportaj

Cəmiyyət
21 декабря 2024
Выбранные
icon