Cəmiyyət
Выбрать плеер:
Qiymətləndiricilər Palatasının ilk iclası keçirildi | Hansı məsələlər müzakirə edildi?
Azərbaycan Respublikası Qiymətləndiricilər Palatasının ilk iclası keçirilib.
Konfransda dövlət qurumlarının rəsmiləri, qiymətləndirmə sahəsində fəaliyyət göstərən yerli və beynəlxalq mütəxəssislər və Palatanın üzvləri iştirak edib.
Tədbir qiymətləndirmə sahəsinin hazırkı vəziyyətinə, gələcək inkişaf istiqamətlərinə, eləcə də beynəlxalq təcrübələrin tətbiqi mövzularına yönəlib.
Tədbirdə Qiymətləndiricilər Palatasının Nizamnaməsi və Əsasnaməsi təqdim edilib.
Palata qiymətləndirmə xidmətlərinin keyfiyyətinin artırılması, şəffaflığın təmin olunması və beynəlxalq standartlara uyğun müasir sistemin yaradılması istiqamətində fəaliyyət göstərir.
Qeyd edək ki, konfrans panel müzakirələr və təqdimatlarla davam edib.
Скопировано
Выбранные