Cəmiyyət
Выбрать плеер:
TƏBİB-dən təyyarə qəzasında yaralananların son vəziyyəti ilə bağlı açıqlama
Azərbaycan təyyarəsinin Qazaxıstanın Aktau şəhərində qəzaya uğraması nəticəsində xəsarət alanlardan doqquzu ambulator müalicə üçün evə yazılıb.
Bu barədə TƏBİB-dən bildirilib.
Məlumata görə, xəsarət alan şəxslərdən beşinin müalicəsi TƏBİB-in tabeliyindəki Yeni Klinikada davam etdirilir.
“Stasionar müalicə alan xəstələrdən 9 nəfər bu gün kafi vəziyyətdə ambulator müalicə üçün evə yazılıb. Reanimasiya şöbəsində müalicə alan və əvvəllər vəziyyəti ağır stabil olaraq qiymətləndirilən pasiyent stasionar şöbəyə köçürülüb.
Hazırda vəziyyəti orta ağırdır. Müalicəsi davam etdirilən digər şəxslərin vəziyyətləri isə qənaətbəxş olaraq qiymətləndirilir. Hər birinin sağlamlıq durumu həkimlərin nəzarətindədir”, – məlumatda qeyd olunub.
Скопировано
Выбранные