200 mindən çox əcnəbinin vizası ləğv olunur
ABŞ administrasiyasının uzun müddət əvvəl sığınacaq üçün müraciət etmiş və ya hazırda sığınacaq prosesi davam edən təxminən 200 min əcnəbinin B1 və B2 vizalarını ləğv etməyə hazırlaşdığı bildirilir.
Bu barədə yerli media əldə etdiyi ABŞ Dövlət Departamentinin sənədlərinə və məsələ ilə tanış iki rəsmiyə istinadən məlumat yayıb.
Söhbət 2016-2026-cı illər arasında sığınacaq üçün müraciət edən viza sahiblərindən gedir. Məlumata görə, vizaların ləğvi həmin şəxslərin dərhal deportasiya ediləcəyi anlamına gəlmir.
Hazırda sığınacaq müraciətlərinin nəticəsini gözləyən şəxslərin əksəriyyətinin statusunun yenidən nəzərdən keçiriləcəyi, lakin onların iş və ya turizm məqsədilə ABŞ-yə səfər etmək hüququnu itirəcəyi bildirilir.
Son 18 ay ərzində ABŞ Dövlət Departamenti müxtəlif cinayətlərdə, o cümlədən sərxoş vəziyyətdə avtomobil idarə etmək, təcavüz və soyğunçuluqda ittiham olunan və ya məhkum edilən təxminən 175 min şəxsin vizasını ləğv edib.
ABŞ siyasətinə, xüsusilə Yaxın Şərqlə bağlı mövqeyə açıq şəkildə qarşı çıxan bəzi şəxslərin vizalarının da ləğv edildiyi bildirilir. ABŞ Dövlət Departamentinin sözçüsü Tommi Piqot açıqlamasında ləğv ediləcək vizaların dəqiq sayını açıqlamayıb.
Piqot bildirib ki, Dövlət Departamenti ABŞ Daxili Təhlükəsizlik Departamenti ilə birlikdə ABŞ-yə qısamüddətli səfər məqsədilə daxil olan, lakin sonradan ölkədə daimi qalmaq üçün sığınacaq müraciəti edən şəxslərin qeyri-immiqrant vizalarını müəyyənləşdirir və ləğv edir.
Onun sözlərinə görə, proses davam etdikcə ləğv edilən vizaların sayı dəyişə bilər və tədbirlər mərhələli şəkildə həyata keçiriləcək.
Тег #ABŞ используется
- Trampın Ər-Riyaddan əsas tələbi nədir?
- ABŞ iqtisadi müharibədə İrana məğlub olur?
- ABŞ Prezidenti Ottavaya qarşı yüksək tariflər tətbiq edəcək? - Baku TV CANLI
- İran parlamentinin sədrindən iddialı açıqlama | Qalibaf nələrə toxundu? - Baku TV CANLI
- Vaşinqton Şimali Koreya ilə münasibətlərdə yeni mərhələyə keçir? - Baku TV CANLI
