Выбрать плеер:

23 illik həbsdən sonra Qəzzaya qayıdan fələstinli nələr danışdı?

13 ноября 2025 286 просмотров

İsraildə 23 il həbsdə saxlanılan və xərçəng müalicəsi aldığı bildirilən fələstinli İmad əs-Sərrac girovların mübadiləsi çərçivəsində Qəzzaya qaytarılıb.

Məlum olub ki, İmad əs-Sərrac xərçəngdən əziyyət çəkmirmiş. Bu səbəbdən onun üzərində xərçəng müalicəsi adı ilə hansı sınaqların aparıldığı araşdırılır.

İmad əs-Sərracın sözlərinə görə, İsrail bu yolla fələstinlilərdə ruh düşkünlüyü yaratmağa çalışıb.

Onun xərçəng müalicəsi 2017-ci ildə başlayıb. Belə ki, aclıq aksiyası edən İmad əs-Sərracın mədə-bağırsaq problemləri yaranıb və israilli həkimlər buna xərçəng diaqnozu qoyublar. Sadəcə, mədə-bağırsaq probleminə prostat xərçəngi müalicəsinin yazılması müəyyən şübhələrin yaranmasına səbəb olub.

2023-cü ilin 7 oktyabrında Qəzzaya hücumlar başlayanda İsrail tərəfi fələstinlinin müalicəsini dayandırıblar.

Noyabrın 13-də Qəzzaya qaytarılan İmad əs-Sərrac Xan Yunisdəki xəstəxanada müayinədən keçib və onda xərçəng xəstəliyi tapılmayıb.

Türkiyə mətbuatının məlumatına görə, İsrailin təcridxanalarında 10 mindən çox fələstinli saxlanılır. Onların arasında qadın, uşaq, yaşlı və xəstə insanlar da var.

İmad əs-Sərracın sözlərinə görə, fələstinliləri fiziki zorakılıq, aclığa məruz qoyaraq, yalançı xəstəliklərlə qorxuya salaraq öldürməyə çalışırlar.

Скопировано
Bəhreyndə dəniz əməliyyatları mərkəzinin binası vuruldu

Bəhreyndə dəniz əməliyyatları mərkəzinin binası vuruldu

Dünya
07 марта 2026 286 просмотров
Okeanlarla bağlı hesablamalar səhv çıxdı

Okeanlarla bağlı hesablamalar səhv çıxdı

Dünya
07 марта 2026 286 просмотров
Raketlər işə salındı! | SEPAH yeni əməliyyata başladı | Gərginlik pik həddə! - Baku TV

Raketlər işə salındı! | SEPAH yeni əməliyyata başladı | Gərginlik pik həddə! - Baku TV

Dünya
07 марта 2026 286 просмотров
Ərəb ölkələri İrana qarşı birləşir? | Tehranın raketləri məhv edildi - Baku TV CANLI

Ərəb ölkələri İrana qarşı birləşir? | Tehranın raketləri məhv edildi - Baku TV CANLI

Dünya
07 марта 2026 286 просмотров
İsraildə İranın atdığı raketdən sonra yanğın başladı

İsraildə İranın atdığı raketdən sonra yanğın başladı

Dünya
07 марта 2026 286 просмотров
Yaxın Şərqdə zorakılığa son qoyulması tələb olunur

Yaxın Şərqdə zorakılığa son qoyulması tələb olunur

Dünya
07 марта 2026 286 просмотров
Çində orta ömrü 80 ilə çatdırmaq məqsədilə plan hazırlandı

Çində orta ömrü 80 ilə çatdırmaq məqsədilə plan hazırlandı

Dünya
07 марта 2026 286 просмотров
Peruda daşqın dəhşətli anlara səbəb oldu

Peruda daşqın dəhşətli anlara səbəb oldu

Dünya
07 марта 2026 286 просмотров
ABŞ İranda rejim dəyişikliyi istəyir? | Rubiodan açıqlama - BAKU TV CANLI

ABŞ İranda rejim dəyişikliyi istəyir? | Rubiodan açıqlama - BAKU TV CANLI

Dünya
07 марта 2026 286 просмотров
ABŞ İrana qarşı uzun müharibəyə hazırlaşır? | BMT-nin müharibəyə reaksiyası - Baku TV

ABŞ İrana qarşı uzun müharibəyə hazırlaşır? | BMT-nin müharibəyə reaksiyası - Baku TV

Dünya
07 марта 2026 286 просмотров
Выбранные
icon