ABŞ İrana qarşı geri addım atır? | Trampdan sensasiyalı açıqlama - Baku TV
Ağ Ev rəhbəri Donald Tramp ABŞ və İsrailin İrana qarşı əməliyyatının bu həftə yox, amma tezliklə başa çatacağını bildirib.
O, bu açıqlamanı Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən verib.
“Düşünmürəm. Amma bu, tezliklə olacaq”, – deyə Amerika lideri İrana qarşı hərbi kampaniyanın bu həftə mümkün yekunlaşması ilə bağlı suala şərhində söyləyib.
Donald Tramp həmçinin İranın Vaşinqtonla razılığa gəlməyə çalışdığını bildirib.
“Onlar saziş bağlamaq istəyirlər, adamlarımızla danışırlar” deyən ABŞ lideri Tehranın razılığa gəlmək istəyinə əmin olmadığını qeyd edib. Trampın sözlərinə görə, ABŞ-də İran tərəfində kimin danışıqlar apardığı barədə də tam aydınlıq yoxdur.
“Biz onların liderinin kim olduğunu bilmirik. Danışıqlar aparmaq istəyən insanlar var. Onların kim olduqları barədə heç bir məlumatımız yoxdur”, – deyə Tramp söyləyib.
İranın yeni Ali Lideri Müctəba Xamenei ətrafında vəziyyətə münasibət bildirən Tramp onun səhhəti barədə kifayət qədər məlumat olmadığını bildirib.
“Biz onun ölü və ya diri olduğunu bilmirik. Onu heç kim görməyib və bu, qeyri-adi haldır”, – deyə ABŞ Prezidenti qeyd edib.
Tramp həmçinin Xameneinin ABŞ və İsrailin zərbələri nəticəsində ağır xəsarət aldığını, o cümlədən ayağını itirmiş ola biləcəyini güman edir.
Тег #Donald Tramp используется
- "ABŞ cəmiyyəti buna görə iki hissəyə bölünüb" | Trampın bundan sonrakı qərarı nə olacaq? - Baku TV
- Davosda sensasiya: ABŞ və Fransa liderləri arasında nə yaşanır? - Baku TV CANLI
- Trampdan İrana qarşı hərbi əməliyyatlar barədə sensasiya
- İranda 7 mindən çox hədəfə zərbə endirilib - Baku TV
- İranın qisası... | Trampın xəbərdarlığına fikir verməmək Netanyahuya baha başa gəldi? - Baku TV
