ABŞ və İran arasında danışıqların ikinci raunduna start verilir - Baku TV
ABŞ hələ İrana atəşkəs rejiminin müddətini uzatmağı təklif etməyib.
Bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt jurnalistlər üçün keçirilən brifinqdə bildirib.
“Bu səhər mən atəşkəs rejiminin uzadılmasını rəsmən istədiyimiz barədə əsassız xəbərlər gördüm. Bu, doğru deyil”, – deyə Levitt qeyd edib.
Onun sözlərinə görə, ABŞ və İran fəal şəkildə danışıqlar aparmaqda davam edir.
“Bu həftə siz ABŞ-nin Prezidenti və vitse-prezidentindən bu danışıqların səmərəli olduğunu və davam etdiyini eşitdiniz, hazırda vəziyyət məhz bundan ibarətdir”, – deyə o vurğulayıb.
Ağ Evin mətbuat katibi bildirib ki, ABŞ İranla saziş bağlanması perspektivlərinə müsbət yanaşır.
Jurnalistin İranla danışıqların ikinci raundunun Pakistanın paytaxtı İslamabadda keçirilib-keçirilməyəcəyi ilə bağlı sualına o, danışıqların elə ötən dəfə olduğu yerdə keçiriləcəyini vurğulayıb.
