Hörmüz boğazından keçən gəmilərin monitorinqi ilə bağlı təşəbbüs
BMT-nin baş katibi Antonio Quterreşin Hörmüz boğazından keçən gəmilərin monitorinqi ilə bağlı təşəbbüsü bütün maraqlı tərəflərin razılığı olmadan reallaşa bilməz.
Bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Alimov “İzvestiya” qəzetinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, təşəbbüs BMT Katibliyinin qüvvələri ilə müəyyən monitorinq mexanizminin yaradılmasını nəzərdə tutur.
Alimov qeyd edib ki, bu ideyanın Körfəz ölkələri və İran tərəfindən dəstəklənib-dəstəklənməyəcəyini indidən demək çətindir: “Əks siqnallar da eşitmişəm. Ona görə də təşəbbüsün perspektivi hələlik qeyri-müəyyəndir”.
Diplomat əlavə edib ki, BMT Təhlükəsizlik Şurasında İranla bağlı Rusiya və Çinin birgə qətnamə layihəsi üzrə müzakirələr davam edir.
Onun sözlərinə görə, tərəflər sənədə dəyişikliklərin edilməsinə açıqdır və layihənin taleyi İranla ABŞ arasında aparılan danışıqların gedişindən asılı olacaq.
Alimov həmçinin vurğulayıb ki, Rusiya Hörmüz boğazında təhlükəsiz gəmiçiliyin təmin olunması ilə bağlı müxtəlif variantların müzakirəsində iştirak edir.
Onun fikrincə, bu məsələlər beynəlxalq hüquq, xüsusilə 1982-ci il Dəniz Hüququ Konvensiyası əsasında həll edilməlidir, lakin hərbi əməliyyatlar şəraitində bu sənədin tətbiqi məsələsi ayrıca qiymətləndirilməlidir.
Тег #Hörmüz boğazı используется
- İran görünməmiş qisas zərbəsinə hazırlaşır? - Tramp kritik əmri verdi | Atəşkəs pozulur? - Baku TV
- ABŞ Çinlə gizli razılaşma əldə edib: Körfəzdə maraqlar bölüşdürülür? - AKTUAL GÜNDƏM
- Büdcə siyasətinin hədəfləri açıqlanıb | Trampın İrandan sonrakı hədəfi - YENİ BİR SƏHƏR
- "Mən bunu bütün dünya üçün edirəm" | Trampın bəyanatı dünyanı silkələdi - 24 SAAT
- İran NATO-da parçalanma yaradır? | Avropanın Hörmüz boğazı ilə bağlı planı - Baku TV
