Выбрать плеер:

ABŞ Yaxın Şərqə əlavə qoşun göndərir?

14 марта 2026 60 просмотров

ABŞ hərbi rəhbərliyi Dəniz Qüvvələrinin və Dəniz Piyadaları Korpusunun əlavə bölmələrini Yaxın Şərqə göndərir.

Bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti mənbələrə istinadən məlumat yayıb.

"Hərbi idarənin üç nümayəndəsinin bildirdiyinə görə, Pentaqon Hörmüz boğazı akvatoriyasında İran hücumlarının artması fonunda Yaxın Şərqə dəniz piyadalarının əlavə kontingentini və döyüş gəmilərini göndərir", – deyə nəşr bildirib.

Qoşunların göndərilməsi barədə qərarı Pentaqon rəhbəri Pit Heqset ABŞ-nin Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığından daxil olan müvafiq sorğunu təsdiqlədikdən sonra qəbul edib.

Mənbələrin məlumatına görə, "USS Tripoli" universal desant gəmisi ona verilmiş dəniz piyada bölmələri ilə birgə Yaponiyadan Yaxın Şərq istiqamətində hərəkət edir. Söhbət tərkibinə 5 minə yaxın dəniz piyadasının daxil olduğu amfibiya-desant qrupunun və dəniz piyadalarının ekspedisiya birləşməsinin yerləşdirilməsindən gedir.

Nəşr həmçinin qeyd edib ki, dəniz piyada bölmələrinin bir hissəsi artıq regiondadır və İrana qarşı keçirilən əməliyyata cəlb olunub.

Скопировано
Putin Trampa nə təklif etdi? | "Müharibə həlledici mərhələyə qədəm qoyur" - Baku TV

Putin Trampa nə təklif etdi? | "Müharibə həlledici mərhələyə qədəm qoyur" - Baku TV

Dünya
15 марта 2026 60 просмотров
Britaniya və digər ölkələr hərbi gəmilər göndərəcək? | Trampdan çağırış - Baku TV

Britaniya və digər ölkələr hərbi gəmilər göndərəcək? | Trampdan çağırış - Baku TV

Dünya
14 марта 2026 60 просмотров
İsrailin Rusiyadakı səfirindən önəmli açıqlama - Baku TV CANLI

İsrailin Rusiyadakı səfirindən önəmli açıqlama - Baku TV CANLI

Dünya
14 марта 2026 60 просмотров
İranın Xarq adasındakı hərbi obyektlərə zərbə endirilib

İranın Xarq adasındakı hərbi obyektlərə zərbə endirilib

Dünya
14 марта 2026 60 просмотров
HƏMAS İranı qonşu ölkələri hədəf almaqdan çəkinməyə çağırıb - Baku TV CANLI

HƏMAS İranı qonşu ölkələri hədəf almaqdan çəkinməyə çağırıb - Baku TV CANLI

Dünya
14 марта 2026 60 просмотров
Maye qaz daşıyan tanker Hörmüz boğazını keçib

Maye qaz daşıyan tanker Hörmüz boğazını keçib

Dünya
14 марта 2026 60 просмотров
Ağcaqanadlar hər il azı 760 min nəfərin həyatına son qoyur

Ağcaqanadlar hər il azı 760 min nəfərin həyatına son qoyur

Dünya
14 марта 2026 60 просмотров
Ağacların kəsilməsi sürətlə artıb

Ağacların kəsilməsi sürətlə artıb

Dünya
14 марта 2026 60 просмотров
“Bu şəhər vurulacaq, təcili...” - Savaşın miqyası genişlənir? - Sensasiyalı xəbərdarlıq - Baku TV

“Bu şəhər vurulacaq, təcili...” - Savaşın miqyası genişlənir? - Sensasiyalı xəbərdarlıq - Baku TV

Dünya
14 марта 2026 60 просмотров
Bağırsaq xərçənginə səbəb olan amillər

Bağırsaq xərçənginə səbəb olan amillər

Dünya
14 марта 2026 60 просмотров
Выбранные
icon