Выбрать плеер:

Putin Trampa nə təklif etdi? | "Müharibə həlledici mərhələyə qədəm qoyur" - Baku TV

15 марта 2026 18 просмотров

İrana qarşı müharibə kəskinləşir.

İsrail mediasının xəbərinə görə, bu barədə müdafiə naziri İsrael Kats bildirib.

Onun sözlərinə görə, İrana qarşı müharibə kəskinləşir və həlledici mərhələyə qədəm qoyur.

Bu əsnada İran bəzi Hindistan gəmilərinin Hörmüz boğazından keçməsinə icazə verib.

Bu barədə İranın Hindistandakı səfiri Məhəmməd Fətəli bildirib.

O bunu qlobal enerji təchizatını pozan blokadaya dair istisna hal kimi dəyərləndirib. Səfir təhlükəsiz keçidi təmin edilən gəmilərin sayını açıqlamayıb.

Gərginliyin Yaxın Şərqdə hələ də davam etdiyi bir vaxtda ABŞ Prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında baş tutan telefon danışığında İranın zənginləşdirilmiş uranının Rusiyaya köçürülməsi təklif edilib. Lakin ABŞ Prezidenti bu təşəbbüsü rədd edib.

Bu barədə "Axios" məlumat yayıb.

Nəşrin mənbələri qeyd ediblər ki, V.Putin söhbət əsnasında Vaşinqtonla Tehran arasındakı hərbi gərginliyi dayandırmaq məqsədilə bəzi təkliflər səsləndirib.

"ABŞ-nin mövqeyi ondan ibarətdir ki, biz uranın tam və etibarlı şəkildə nəzarətdə saxlanılmasını təmin etməliyik", – deyə amerikalı rəsmi bildirib.

Məlumata əsasən, hazırda Donald Tramp həm Vladimir Putin, həm Çin lideri Si Cinpin, həm də Avropa nümayəndələri olmaqla hər kəslə dialoqdadır və istənilən vaxt müqavilə bağlamağa açıqdır.

Vurğulanıb ki, keyfiyyətli təkliflər olmalıdır, çünki Prezident əlverişsiz təklifləri qəbul etməyəcək.

İran prezidenti paylaşım edib | "Dağılmış hər şeyi bərpa edəcəyik" - Baku TV

İran prezidenti paylaşım edib | "Dağılmış hər şeyi bərpa edəcəyik" - Baku TV

Dünya
15 марта 2026 18 просмотров
Hava zərbələri nəticəsində ölənlər var - Baku TV

Hava zərbələri nəticəsində ölənlər var - Baku TV

Dünya
15 марта 2026 18 просмотров
İran Ordusunun Baş Qərargah müfəttişi ABŞ və İsrailin hücumları nəticəsində həlak olub - Baku TV

İran Ordusunun Baş Qərargah müfəttişi ABŞ və İsrailin hücumları nəticəsində həlak olub - Baku TV

Dünya
15 марта 2026 18 просмотров
İranın xarici işlər naziri müharibə haqqında danışıb | "Müharibə zorla qəbul etdirilib" - Baku TV

İranın xarici işlər naziri müharibə haqqında danışıb | "Müharibə zorla qəbul etdirilib" - Baku TV

Dünya
15 марта 2026 18 просмотров
Britaniya və digər ölkələr hərbi gəmilər göndərəcək? | Trampdan çağırış - Baku TV

Britaniya və digər ölkələr hərbi gəmilər göndərəcək? | Trampdan çağırış - Baku TV

Dünya
14 марта 2026 18 просмотров
İsrailin Rusiyadakı səfirindən önəmli açıqlama - Baku TV CANLI

İsrailin Rusiyadakı səfirindən önəmli açıqlama - Baku TV CANLI

Dünya
14 марта 2026 18 просмотров
İranın Xarq adasındakı hərbi obyektlərə zərbə endirilib

İranın Xarq adasındakı hərbi obyektlərə zərbə endirilib

Dünya
14 марта 2026 18 просмотров
HƏMAS İranı qonşu ölkələri hədəf almaqdan çəkinməyə çağırıb - Baku TV CANLI

HƏMAS İranı qonşu ölkələri hədəf almaqdan çəkinməyə çağırıb - Baku TV CANLI

Dünya
14 марта 2026 18 просмотров
Maye qaz daşıyan tanker Hörmüz boğazını keçib

Maye qaz daşıyan tanker Hörmüz boğazını keçib

Dünya
14 марта 2026 18 просмотров
Ağcaqanadlar hər il azı 760 min nəfərin həyatına son qoyur

Ağcaqanadlar hər il azı 760 min nəfərin həyatına son qoyur

Dünya
14 марта 2026 18 просмотров
Выбранные
icon