Выбрать плеер:
İran Ordusunun Baş Qərargah müfəttişi ABŞ və İsrailin hücumları nəticəsində həlak olub - Baku TV
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İran Silahlı Qüvvələrinin Baş Qərargahının xüsusi müfəttişi general Əbülqasım Babayanın öldürüldüyünü təsdiqləyib.
Bu barədə hərbi qurumun bəyanatını "Fars" Agentliyi yayıb.
Məlumata görə, general İsrail və ABŞ tərəfindən endirilən zərbələr nəticəsində ölüb.
Hadisənin dəqiq nə vaxt baş verdiyi açıqlanmayıb. SEPAH onun ailəsinə və yaxınlarına başsağlığı verib.
Bildirilib ki, Ə.Babayan bundan əvvəl İranın ali liderinin hərbi ofisinin rəhbəri vəzifəsini icra edib.
Скопировано
Тег #İran İslam İnqilabı Keşikçiləri Korpusu используется
- İran ABŞ-yə cavab verdi | Yaxın Şərqdə gərginlik pik həddə - Baku TV
- Hava zərbələri nəticəsində ölənlər var - Baku TV
- İranda həyatını itirən qadın və azyaşlıların sayı açıqlanıb
- ABŞ hərbi bazası vuruldu | Regionda gərginlik davam edir - Baku TV
- ABŞ və İsrailin 30-a yaxın hədəfi vuruldu | Müharibədə son durum - Baku TV
