Tramp Hörmüz boğazı ilə bağlı nələri planlaşdırır? - Baku TV
“ABŞ-nin Yaxın Şərq münaqişəsi zamanı İran dronlarından müdafiə olunmaq üçün Ukrayna daxil olmaqla heç kimin köməyinə ehtiyacı yoxdur”.
Bunu ABŞ Prezidenti Donald Tramp “NBC News”a müsahibəsi zamanı deyib.
O qeyd edib ki, Birləşmiş Ştatların köməyə ehtiyac duyduğu sonuncu şəxs Volodimir Zelenskidir.
Ağ Ev rəhbəri bir neçə ölkənin Hörmüz boğazında təhlükəsizliyin təmin edilməsində iştirak etməyə hazır olduğunu deyib:
“Onlar nəinki hazırdırlar, həm də bunun əla bir fikir olduğunu düşünürlər. Biz boğazı tamamilə təmizləyəcəyik və əminik ki, çətinlik çəkən və bəzi hallarda neft ala bilməyən digər ölkələr də bizə qoşulacaq”.
Lakin o, boğazda təhlükəsizliyin təmin olunmasında iştirak etmək istəyən ölkələrin adlarını çəkməkdən imtina edib.
Böyük Britaniyanın Müdafiə Nazirliyi Hörmüz boğazında naviqasiyanı bərpa etmək üçün minaaxtaran dronlardan istifadə etmək imkanlarını müzakirə edir.
Bu barədə “The Sunday Times” qəzeti mənbələrə istinadən məlumat verib.
Vurğulanıb ki, Kral Dəniz Qüvvələrinin dörd avtonom minaaxtaran sistemi var – “Wilton”, “Sweep”, “SeaCat” və MMCM. Bu dronların dəqiq sayı məlum deyil.
Qəzet hansı sistemlərin Yaxın Şərqdə yerləşdirilə biləcəyi haqda dəqiq məlumat verməyib.
Тег #ABŞ используется
- Müctəba Xamenei sağdırsa, ağıllı addım atmalıdır | Donald Tramp - Baku TV
- Putin Trampa nə təklif etdi? | "Müharibə həlledici mərhələyə qədəm qoyur" - Baku TV
- Əraqçi ABŞ-ni bölgədəki şirkətlərinin vurulacağı ilə hədələdi
- Britaniya və digər ölkələr hərbi gəmilər göndərəcək? | Trampdan çağırış - Baku TV
- İran təslim olmur, Tramp isə geri çəkilmir: böhranın ən təhlükəli anı? - AKTUAL GÜNDƏM
