Alimlər yağlarla bağlı elə şeylər üzə çıxardı ki… | Mühüm araşdırmanın detalları
Yağlı qidaların qəbulu beyin həcminin artmasına gətirib çıxarır.
Bostondakı Harvard Tibb Məktəbinin alimləri bir qrup laboratoriya siçanı üzərində təcrübə aparıblar. Bir müddət sonra gəmiricilərin nəinki kökəldiyi, hətta beyin həcminin də artdığı məlum olub.
Mütəxəssislər hesab edirlər ki, fastfud həvəskarlanın beyinləri yeni hüceyrələrin əmələ gəlməsi səbəbindən böyüyəcək, lakin onlar ancaq bədənlərinin kökəldiyini zənn edəcək. İnsan üzərində heç bir araşdırma aparılmasa da, belə bir nəzəriyyə beyinin qida qəbulu və aclıq vasitəsilə bədən çəkisini necə idarə etdiyini izah edə bilər.
Siçanlarda yağlı pəhriz beyinin medial eminens adlanan hissəsində sinir hüceyrələrinin böyüməsinə səbəb olub və normal qidalanan siçanlardan dörd dəfə çox istehsal edib.
Maraq üçün bildirək ki, bu dəyişikliklər bir neçə həftə ərzində baş verib.
