Выбрать плеер:
Almaniya Pəhləvi ilə görüşü qəbul etmədi
İranın sonuncu şahı Məhəmməd Rza Pəhləvinin ABŞ-də yaşayan oğlu Rza Pəhləvi Almaniyaya səfər edib.
Pəhləvi burada etiraz aksiyaları ilə qarşılanıb. Həmçinin Rza Pəhləvini Almaniya hökumətindən heç kim qəbul etməyib.
İran rəhbərliyini devirmək üçün qlobal kampaniya aparmağa çalışan Rza Pəhləvi bütün bunları “rüsvayçılıq” adlandırıb.
Almaniya hökumətinin sözçüsü isə bəyan edib ki, demokratik keçidi müdafiə edən və özünü mümkün keçid dövrü lideri kimi təqdim edən R.Pəhləvi ilə heç bir rəsmi nümayəndə görüşməyəcək.
Скопировано
