Выбрать плеер:
Banan sevənlər bu dəfə bəd xəbərlə üz-üzə | İxracatın zəifələmə səbəbi
Dünya üzrə bananları ciddi təhlükə gözləyir.
"Forbes" jurnalı xəbər verir ki, hazırda istehlak edilən bananların demək olar ki, hamısı tək bir genetik klondan ‒ Kavendiş sortundan əmələ gəlib. Lakin indi "TR4" adlı torpaq göbələyi banan plantasiyalarına yayılaraq dağıdıcı təsir göstərir.
Demək olar ki, təxminən bütün banan ixracatının 80%-i bu göbələk təhlükəsi ilə üz-üzə qalıb. Hazırda "TR4"ə qarşı davamlı geniş yayılmış banan sortu yoxdur.
Bildirilir ki, dərhal tədbirlər görülməsə, dünya tezliklə çoxlarının sevimli meyvəsi olan banana həsrət qala bilər.
Скопировано
