Выбрать плеер:

BMT-nin Təhlükəsizlik Şurasının Qəzza ilə bağlı qətnamə layihəsi sükut proseduru mərhələsindədir | Hakan Fidan

11 ноября 2025 177 просмотров

"BMT Təhlükəsizlik Şurasının Qəzza zolağına xarici qüvvələrin göndərilməsini nəzərdə tutan qətnamə layihəsinin müzakirəsi davam edir və hazırda sənədi əlaqədar tərəflər sükut proseduru çərçivəsində öyrənirlər".

Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-yə səfərinin nəticələrini Türkiyə mediasına şərh edərkən bildirib.

"Bu işin müxtəlif iştirakçılarının fərqli baxışları və prioritetləri var. Onları vahid mətndə əks etdirmək asan olmaya bilər. Üstəlik, hamını tam məmnun etmək mümkün deyil. Bu, diplomatiyanın və kompromisin ayrılmaz hissəsidir. Lakin sənədin mətni gələcəkdə sülh prosesinin həyata keçirilməsinə mane olmamalıdır. Onun pozulmasına yol vermək olmaz. Qətnamə mətni üzərində iş davam edir. Hazırda mətn sükut proseduru çərçivəsində baxılması üçün təqdim edilib. Biz qiymətləndirməmizi davam etdirir, həmkarlarımız və tərəfdaşlarımızla işləyirik", – deyə Fidan qeyd edib.

Sükut proseduru BMT üzvlərinə qərar layihəsini əsaslı təhlil etmək, öz etirazını bildirmək və ya öz mövqeyini aydınlaşdırmaq imkanı verir.

Türkiyənin xarici işlər naziri bildirib ki, BMT Təhlükəsizlik Şurasında qətnamənin hazırlanması birinci dərəcəli əhəmiyyət daşıyır.

"Ətraflı sülh sazişinin növbəti mərhələlərinin həyata keçirilməsi üçün belə qətnamənin vacib olduğunu düşünən bir qrup ölkə var. Türkiyə üçün bu baxımdan aydın prioritetlər mövcuddur. Bunlar soyqırımının dayandırılması və humanitar yardımın göstərilməsidir. Metodologiya fərqli ola bilər və bu məsələlərə yanaşma layihələri müxtəlifdir", – deyə Fidan bildirib.

O xatırladıb ki, Türkiyə BMT Təhlükəsizlik Şurasının üzvü deyil və hazırda TŞ-nin qeyri-daimi üzvü də deyil. Bununla belə, o, qətnamənin hazırlanması prosesinə fəal cəlb olunmağa çalışır.

"Bu məsələni bizə yaxın olan ölkələrlə müzakirə etdik, habelə Qəzza üzrə əlaqə qrupu və ortaq baxışlarımızı bölüşdüyümüz və birlikdə hərəkət etdiyimiz səkkiz region ölkəsinin nümayəndələri ilə görüşdük. Biz hansı mövqeni formalaşdırmalı olduğumuzu, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul ediləcək beynəlxalq qərarın əsas parametrlərinin nə olduğunu da müzakirə etdik", – deyə nazir bildirib.

Скопировано
İranda hakimiyyət daxilindəki çatlar böyüyür - Baku TV

İranda hakimiyyət daxilindəki çatlar böyüyür - Baku TV

Dünya
24 декабря 2025 177 просмотров
Rusiyada raket yanacağı zavodu və dəniz dronları bazası vuruldu

Rusiyada raket yanacağı zavodu və dəniz dronları bazası vuruldu

Dünya
24 декабря 2025 177 просмотров
İsrailin mövqeyinə ABŞ-dən reaksiya

İsrailin mövqeyinə ABŞ-dən reaksiya

Dünya
24 декабря 2025 177 просмотров
Rusiyanın “Proyekt” portalının jurnalisti “Peşə - jurnalist” mükafatını almaqdan imtina edib

Rusiyanın “Proyekt” portalının jurnalisti “Peşə - jurnalist” mükafatını almaqdan imtina edib

Dünya
24 декабря 2025 177 просмотров
“Dövlətlərin suverenliyini məhdudlaşdırır, amma...” | Orbandan Aİ barədə xəbərdarlıq

“Dövlətlərin suverenliyini məhdudlaşdırır, amma...” | Orbandan Aİ barədə xəbərdarlıq

Dünya
24 декабря 2025 177 просмотров
Zelenski danışıqlar zamanı Donbasla bağlı nə planlaşdırıldığını açıqladı

Zelenski danışıqlar zamanı Donbasla bağlı nə planlaşdırıldığını açıqladı

Dünya
24 декабря 2025 177 просмотров
ABŞ-də dəhşətli partlayış | Ölənlər və itkin düşənlər var

ABŞ-də dəhşətli partlayış | Ölənlər və itkin düşənlər var

Dünya
24 декабря 2025 177 просмотров
Qəzada ölənlər türkiyəli həmkarları ilə nələri müzakirə etmişdilər? - Baku TV

Qəzada ölənlər türkiyəli həmkarları ilə nələri müzakirə etmişdilər? - Baku TV

Dünya
24 декабря 2025 177 просмотров
Trampın nümayəndəsi Lukaşenkoya bu arıqlama dərmanını təklif edib

Trampın nümayəndəsi Lukaşenkoya bu arıqlama dərmanını təklif edib

Dünya
24 декабря 2025 177 просмотров
Yəhudi icmasına qarşı terror hücumu planlaşdıranlar kimlərdir?

Yəhudi icmasına qarşı terror hücumu planlaşdıranlar kimlərdir?

Dünya
24 декабря 2025 177 просмотров
Выбранные
icon