Выбрать плеер:

Böyük Britaniyanın nüvə silahı daşıyıcıları İsveçdə yerləşdiriləcək?

28 января 2026 197 просмотров

Böyük Britaniya İsveçə öz “nüvə çətiri”ni təqdim etmək imkanını müzakirə edir.

Bu barədə “The Daily Telegraph” qəzeti Böyük Britaniyanın Baş naziri Kir Starmerin ofisinə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, nüvə çəkindirməsi ilə bağlı məsələ Britaniya hökumətinin başçısı ilə İsveçin Baş naziri Ulf Kristersson arasında telefon danışığı zamanı müzakirə olunub. Bildirilir ki, danışıqlar hazırda ilkin mərhələdədir.

Hələlik Böyük Britaniyanın nüvə silahı daşıyıcılarının İsveç ərazisində daimi və ya müvəqqəti yerləşdirilməsi məsələsinin müzakirə edilib-edilmədiyi, yoxsa yalnız mümkün münaqişə zamanı Stokholmun Londonun nüvə potensialından istifadə etməsinə təminat verilməsinin nəzərdə tutulduğu dəqiqləşdirilməyib.

Qəzet qeyd edir ki, 2024-cü ilin martında NATO-nun tamhüquqlu üzvünə çevrilən İsveç oxşar müzakirələri Fransa ilə də aparır.

Məlumata görə, Böyük Britaniyanın nüvə silahları “Vanguard” tipli dörd sualtı qayıqda yerləşdirilib və bu gəmilər ABŞ istehsalı olan “Trident II” ballistik raketləri daşıyır. 2025-ci ilin iyununda Starmer Londonun ABŞ-dən “B61-12” taktiki termonüvə bombalarını daşımaq imkanına malik 12 ədəd “F-35A” qırıcısı alacağını elan etmişdi.

Скопировано
Pekinin nüvə silahları ilə bağlı baxışı - Baku TV

Pekinin nüvə silahları ilə bağlı baxışı - Baku TV

Dünya
09 февраля 2026 197 просмотров
Türkiyədən tarixi rekord | Hansı silah-sursatlar dünya bazarını fəth edir? - HƏRBİ XRONİKA

Türkiyədən tarixi rekord | Hansı silah-sursatlar dünya bazarını fəth edir? - HƏRBİ XRONİKA

Dünya
09 февраля 2026 197 просмотров
Epşteyn qalmaqalı daha da böyüyür | Kimlərin adı hallanır? - Baku TV

Epşteyn qalmaqalı daha da böyüyür | Kimlərin adı hallanır? - Baku TV

Dünya
09 февраля 2026 197 просмотров
Sergey Lavrov iqtisadi əlaqələrin gələcək vəd etmədiyini açıqlayıb

Sergey Lavrov iqtisadi əlaqələrin gələcək vəd etmədiyini açıqlayıb

Dünya
09 февраля 2026 197 просмотров
İsrail ABŞ-ni İrana hücumla bağlı xəbərdar etdi

İsrail ABŞ-ni İrana hücumla bağlı xəbərdar etdi

Dünya
09 февраля 2026 197 просмотров
Yaponiya hakim partiyası seçkilərdə böyük qələbə əldə etdi

Yaponiya hakim partiyası seçkilərdə böyük qələbə əldə etdi

Dünya
09 февраля 2026 197 просмотров
Bir çox ölkələrdə dağıdıcı addımları seçən qüvvələr üstünlük qazanır | MTK ekspertləri

Bir çox ölkələrdə dağıdıcı addımları seçən qüvvələr üstünlük qazanır | MTK ekspertləri

Dünya
09 февраля 2026 197 просмотров
Kolleksiya dünyasında səs-küy yaradan hadisə

Kolleksiya dünyasında səs-küy yaradan hadisə

Dünya
09 февраля 2026 197 просмотров
Rusların Avropaya girişi ömürlük qadağan edilə bilər? - Baku TV CANLI

Rusların Avropaya girişi ömürlük qadağan edilə bilər? - Baku TV CANLI

Dünya
09 февраля 2026 197 просмотров
Epşteynin İsveçrə bankındakı milyonlarla dolları necə idarə olunub?

Epşteynin İsveçrə bankındakı milyonlarla dolları necə idarə olunub?

Dünya
09 февраля 2026 197 просмотров
Выбранные
icon