Sergey Lavrov iqtisadi əlaqələrin gələcək vəd etmədiyini açıqlayıb
“Rusiya ABŞ ilə əməkdaşlığa açıqdır, lakin Vaşinqtonun Ukrayna müharibəsinə son qoymaq üçün davam edən səylərinə baxmayaraq, iqtisadi əlaqələrə ümidli deyil”.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
“Onlar Ukrayna ilə bağlı təklif irəli sürdülər və biz bunu qəbul etməyə hazır idik. İndi isə özləri qəbul etmirlər. İqtisadi sahədə də parlaq gələcək görmürük. Amerikalılar dünyanın aparıcı ölkələrini enerji resursları ilə təmin edən bütün marşrutları nəzarətə almaq istəyirlər”, – deyə o bildirib.
Lavrovun sözlərinə görə, Hindistan və digər tərəfdaşlara ucuz və əlçatan Rusiya enerji daşıyıcılarını almağı qadağan etməyə çalışır və onları üçqat baha qiymətə ABŞ-nin mayeləşdirilmiş təbii qazını almağa məcbur edirlər.
Rusiya Prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev də daxil olmaqla Rusiya rəsmiləri daha əvvəl Ukrayna münaqişəsinin sülh yolu ilə həllinin bir hissəsi kimi ABŞ ilə iqtisadi münasibətlərin əsaslı şəkildə bərpası perspektivlərindən danışmışdılar.
ABŞ Prezidenti Donald Tramp da Moskva ilə iqtisadi əməkdaşlığın bərpasından bəhs edib. O, Ağ Evə qayıtdıqdan sonra rusiyalı həmkarı Vladimir Putini ABŞ ərazisində qəbul etsə də, Rusiyanın həyati əhəmiyyət daşıyan enerji sektoruna qarşı sərt sanksiyalar tətbiq edib.
Тег #Rusiya Xarici İşlər Nazirliyi используется
- Rusiyadan Ermənistana xəbərdarlıq | Sergey Lavrovdan sərt sözlər - Baku TV
- Rusiya XİN | "Bu cür addımlar ağır nəticələr verəcək" - Baku TV
- Zaxarovadan Zəngəzur açıqlaması | Rusiyadan Ukrayna ilə bağlı sərt mövqe - YENİ BİR SƏHƏR
- Ermənistanın mövqeyi nədir? | Zəngəzur dəhlizi ətrafında pərdəarxası danışıqlar - Baku TV
- Rusiya XİN: ”Aİ Ermənistandan anti-Rusiya kursuna tam sadiqlik tələb edəcək”
