Epşteyn qalmaqalının gerçək üzü: Qərblə bağlı gizli gerçəklər üzə çıxır? - Baku TV
ABŞ-li maliyyəçi Cefri Epşteynin işi üzrə materiallar Qərb elitalarının açıq-aşkar satanizmini üzə çıxarıb.
Bu fikirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov NTV telekanalına müsahibəsində səsləndirib.
Nazir bildirib ki, bu mövzu “kollektiv Qərb” adlandırılan anlayışın əsl simasının üzə çıxması ilə bağlıdır və baş verənlər insan anlayışının da aşağısında olan, saf formada satanizm təsiri bağışlayır.
Xatırladılır ki, daha əvvəl irlandiyalı iqtisadçı Filip Pilkinqton Böyük Britaniyanın Rusiyanı Epşteyn işi ilə əlaqələndirməyə yönəlmiş cəhdlərinin uğursuzluğa düçar olduğunu bildirib.
Eyni zamanda britaniyalı siyasətçi Corc Qellouey RT telekanalının efirində deyib ki, maliyyəçinin guya Rusiya xüsusi xidmət orqanları ilə əlaqəsi barədə yayılan saxta məlumatlar Atlantik okeanının hər iki tərəfində elitaları bürümüş “çarəsizliyin” göstəricisidir.
Тег #Ceffri Epşteyn используется
- Epşteynin İsveçrə bankındakı milyonlarla dolları necə idarə olunub?
- Morqan Maksuini niyə istefa verdi?
- Türkiyədə Epşteynin bənzəri tapıldı | Görünüşü ona problem yaratdı - Baku TV
- Adları açıqlanan şəxslər həbs ediləcək? - ANALİTİK BAXIŞ
- ABŞ-nin sabiq prezidenti "Epşteyn işi" ilə bağlı hər şeyin açıqlanmasını istədi - Baku TV CANLI
