Выбрать плеер:

Əraqçi: “Heç kimin İranın nəyə sahib olub-olmamalı olduğunu deməyə haqqı yoxdur”

09 февраля 2026 28 просмотров

İranın uranın zənginləşdirilməsi hüququnun tanınması ABŞ ilə nüvə danışıqlarının uğuru üçün əsas şərtdir.

Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi “Reuters” agentliyinə açıqlamasında bildirib.

Məlumata görə, cümə günü Oman vasitəçiliyi ilə ABŞ və İran diplomatları dolayı danışıqlar aparıblar. Məqsəd ABŞ-nin İran yaxınlığında hərbi-dəniz qüvvələrini gücləndirməsi və Tehranın mümkün hücuma sərt cavab verəcəyi barədə bəyanatları fonunda diplomatiyanı bərpa etməkdir.

Əraqçi vurğulayıb ki, sıfır zənginləşdirmə İran üçün qəbulolunan deyil: “Biz müzakirələri elə qurmalıyıq ki, İran ərazisində zənginləşdirmə qəbul edilsin və eyni zamanda bunun yalnız dinc məqsədlər üçün olduğu və belə də qalacağı barədə etimad yaradılsın”.

Xatırladılır ki, ötən il İran və ABŞ arasında nüvə mövzusunda beş raund danışıqlar keçirilsə də, əsasən İran daxilində uranın zənginləşdirilməsi məsələsi ilə bağlı fikir ayrılıqlarına görə proses dayanıb. İyun ayında isə ABŞ 12 gün davam edən İsrail hava zərbələrindən sonra İranın nüvə obyektlərinə zərbələr endirib. Tehran bundan sonra zənginləşdirmə fəaliyyətini dayandırdığını bəyan edib. Vaşinqton bunu nüvə bombasına aparan mümkün yol kimi qiymətləndirir, İran isə nüvə proqramının yalnız dinc məqsədlər daşıdığını bildirir.

“Reuters”ə danışan, İran tərəfindən məlumatlandırılmış region diplomatı qeyd edib ki, Tehran zənginləşdirmənin “səviyyəsi və saflığı barədə müzakirələrə, eləcə də digər mexanizmlərə açıqdır. Lakin bunun şərti İran ərazisində zənginləşdirməyə icazə verilməsi və sanksiyaların yüngülləşdirilməsi, həmçinin hərbi gərginliyin azaldılmasıdır.

Əraqçi əlavə edib ki, İranın zənginləşdirmədə israrı təkcə texniki və ya iqtisadi məsələ deyil, bu, müstəqillik və ləyaqət istəyindən qaynaqlanır: “Heç kimin İran xalqına nəyə sahib olub-olmamalı olduğunu deməyə haqqı yoxdur”.

Böyük toqquşma qaçılmaz oldu? - ABŞ-yə təcili xəbərdarlıq edildi! - Baku TV

Böyük toqquşma qaçılmaz oldu? - ABŞ-yə təcili xəbərdarlıq edildi! - Baku TV

Dünya
09 февраля 2026 28 просмотров
Fırtınalar Rondada şəlalənin suyunu artırdı

Fırtınalar Rondada şəlalənin suyunu artırdı

Dünya
09 февраля 2026 28 просмотров
Braziliyada ənənəvi Rio karnavalı keçirilir

Braziliyada ənənəvi Rio karnavalı keçirilir

Dünya
09 февраля 2026 28 просмотров
Fırtına nəticəsində Əndəlüs bölgəsini su basdı

Fırtına nəticəsində Əndəlüs bölgəsini su basdı

Dünya
09 февраля 2026 28 просмотров
Kubada hotellər, dövlət qurumları bağlanır

Kubada hotellər, dövlət qurumları bağlanır

Dünya
09 февраля 2026 28 просмотров
Yaponiyada keçirilən seçkilərlə bağlı nəticələr

Yaponiyada keçirilən seçkilərlə bağlı nəticələr

Dünya
09 февраля 2026 28 просмотров
Tripoli şəhərində yaşayış binası çökdü

Tripoli şəhərində yaşayış binası çökdü

Dünya
09 февраля 2026 28 просмотров
Morqan Maksuini niyə istefa verdi?

Morqan Maksuini niyə istefa verdi?

Dünya
09 февраля 2026 28 просмотров
İŞİD tərəfdarları və döyüşçülərinin sayı açıqlandı

İŞİD tərəfdarları və döyüşçülərinin sayı açıqlandı

Dünya
09 февраля 2026 28 просмотров
"Leninqrad ssenarisi" Ukraynada niyə işləmədi və Rusiya nəyi səhv hesabladı? - AKTUAL GÜNDƏM

"Leninqrad ssenarisi" Ukraynada niyə işləmədi və Rusiya nəyi səhv hesabladı? - AKTUAL GÜNDƏM

Dünya
09 февраля 2026 28 просмотров
Выбранные
icon